Топ-100 "Edgü News"dan Azərbaycanın siyasi partiyalarına müraciət

"Edgü News"dan Azərbaycanın siyasi partiyalarına müraciət


Azərbaycanın təlatümlü dövrdən keçdiyi sirr deyil. Bu zaman kəsiyində dövlət qurumlarımız qədər, ölkədə fəaliyyət göstərən siyasi təşkilat və qurumlarda ciddi məsuliyyət daşıyır. Ona görə də siyasi partiyalarımızın həsasiyyəti ən üst səviyyədə tutması, olduqca vacibdir.

Bu gün cəbhədə tam atəşkəs elan olunsa da, ancaq müharibə hələlik bitməyib. Sadəcə, o, sahədən masaya daşınıb. Bu isə diplomatiya və siyasət işidir. Bu mərhələdə ölkədəki ictimai-siyasi təşkilatların üzərinə xeyli iş düşür və maksimum fəallıq göstərmələri toplumumuzun xeyrinə olacaq.

Unutmaq lazım deyil ki, hər müxalif düşüncə, masa arxasında dövlət qurumlarımızın mövqeyini daha da gücləndirməyə imkan yaradacaq.

Bundan başqa, ermənilərin Xankəndi və ətraf ərazilər ilə bağlı istənilən təxribatçı cəhdləri ictimai-siyasi qurumlarımızın sərt mövqeyi ilə üzləşməlidir. Bizim indiki rəhavətimiz, gələcək problemimizin təməlini yarada bilər. Bu mənada, sizdən qətiyyətli mövqe sərgiləməyinizi gözləyirik.

"Edgü News"  

0/Şərhlər

Previous Post Next Post