Топ-100 Ermənilər dinc dayanmır, təxribatlar davam edir

Ermənilər dinc dayanmır, təxribatlar davam edir


Ermənilər yenə də dinc əhali üzərinə raket və top mərmiləri yağdırır.

Bu gün Ermənistanın silahl qüvvələri Tərtər rayonun Qapanlı, Əskipara, Şıxarx kəndlərini və digər yaşayış məntəqəlini, həmçinin, beynəlxaq enerji xətlərini keçdiyi Tovuz rayonunu zenit və arteleriya atəşinə tutub.

Bununla yanaşı, ermənilər "feyk" xəbərlər də yayırlar. Guya Azərbaycanın fosfor bombalarından istifadə etməsi barədə məlumatlar paylaşırlar. Halbuki ermənilərin Şuşa meşələrini fosforlu bombalarla yandırmaqdadırlar, bununla da ermənilər Şuşa şəhəri üzərində qalın tüstü buludu yaratmaqdadırlar. Məqsəd, Azərbaycan dronlarının görüş məsafəsinə maneə olmaq və uçuşlarına əngəl törətməkdən ibarətdir. Azərbaycan tərəfi ermənilərin irəlidə bu bombaları mülki vətəndaşlara qarşı istifadə edəcəklərindən rahatsızdır. Çünki cəbhədə davamlı məğlub olan ermənilər getdikcə daha da aqressivləşməyə başlayıblar.

Xatırladaq ki, fosfor bombaları ağ fosfor adıyla məşhurdur. Bu bombalar duman kamufülyajı yaratmaqla bərabər, yanğın silahı kimi çox təhlükəlidir. Ağciyərlərə olduqca mənfi təsir etdiyinə görə, insanlarda qusmaya, boğulmaya səbəb olur.

1997-ci ildə kimyəvi silahlar haqqında qəbul olunmuş konvensiyası ilə bu bombalar qadağan edilib.

0/Şərhlər

Previous Post Next Post