Топ-100 Ermənilər indi də diplomtiya masasındakı qələbələri ilə yalanlarını davam etdirirlər | Yeniləndi

Ermənilər indi də diplomtiya masasındakı qələbələri ilə yalanlarını davam etdirirlər | Yeniləndi




Paşinyan istefa verib?

Alınan son bilgilərə görə Ermənistanda vəziyyət xeyli gərginləşib. Dörd gün əvvəl Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilmiş Armen Abazyanın işemik insult keçirdiyi bildirilir. Bir qədər əvvəl isə Ermənistan mediasında Paşinyanın istefa verməsi ilə əlaqədar xəbərlər yayılmağa başlayıb.

Ermənistandan əldə edilən son bilgilərə görə Paşinyanın istefası yalan xəbərdir. Xarici mətbuatda yayımlanan bu məlumat 2018-ci ildə yayımlanmış bir dezinformasiya əsas götürülərək dərc olunub,

Beləliklə, Ermənistanda nə baş verir, həqiqətən bilinmir. Tək bildiyimiz Rusiyanın Paşinyan planı hələlik işləmir.


Ermənilər indi də diplomtiya masasındakı qələbələri ilə yalanlarını davam etdirirlər
Mövcud olmayan Dağlıq Qarabağ rəhbərliyi Laçın və Ağdərə bölgələrinin əhalisini tələsməməyə çağırıb.

Müraciətdə deyilir:

"Xahiş edirik, bölgənizi tərk etməyə, mülkünüzü daşımağa tələsməyin. Ərazi güzəştləri və bununla bağlı elan edilmiş şərtlər Artsax rəhbərliyi ilə hələ müzakirə edilməyib".

A.Arutunyanın mətbuat katibi Vaqram Poqosyan da özünün Facebook səhifəsində bu müraciəti paylaşıb.

Digər bir yalan isə bundan ibarətdir ki, Kəlbərcədəki Xudavəng monastırının Azərbaycana verilməyəcəyidir. Guya bu barədə monastrın keşişinə Araik Artunyan telefonla məlumat verib.

-Dadivankın (Xudavəngi ermənilər belə adlandırır-red.) xaçkarını sökməyin. O, erməni məbədi olub və elə də qalacaq. Biz danışıqlarda buna nail olduq-Araik Artunyan belə deyib.

Bu arada, bu gün, günorta saat 16:00 radələrində Ermənistanın Baş naziri Nikol Paşinyanın videomüraciəti yayımlanıb. O, bildirib ki, imzalanmış sənədi ərazilərin təslimi  kimi yox, onların qorunub saxlanması şəklində qəbul etmək lazımdır.

0/Şərhlər

Previous Post Next Post