Bu gün ermənistan mətbuatında İspaniya Konqresi millət
vəkili Con İnyarritunun Dağlıq Qarabağa humanitar yardım göndərilməsi və Azərbaycana
silah satışının dayandırılması ilə bağlı təklif verdiyi xəbərləri yayılıb.
"Armenpress" Ermənistanın İspaniyadakı səfirliyinə
istinadən yazır ki, Konqres Azərbaycana silah satışının dayandırması ilə əlaqədar
sənədi qəbul edib.
Xəbərin nə qədər dəqiq olduğunu öyrənmək üçün İspaniyadakı mənbəmizə müraciət etdik.
Xanım Elnura Aixala bildirdi ki, əslində bu qərar təkcə
Azərbaycanla əlaqədar deyil. Qəbul olunmuş bu sənədlə həm Aərbaycan, həm də Ermənistana
silah satışına qadağa gətirilmişdir.
Redaksiyadan: Xatırladaq
ki, İspaniya Konqresinin millət vəkili İnyarritu müharibə günlərində Ermənistana
dəstək məqsədi ilə Qarabağa səfər etmişdi.
Post a Comment