Топ-100 Ermənilərdən yeni təxribat: Dipfeykə diqqət

Ermənilərdən yeni təxribat: Dipfeykə diqqət


İlk ondan başlayaq dipfeyk nədir?

Deep fake bir insanın videodakı davranışını və görünüşünü simulyasiya edən bir alqoritmdir.

Texnologiya adını "dərin öyrənmə" ifadəsi ilə və saxta sözünün birləşməsindən alıb, dərin saxtakarlıq mənasını verir.

Dipfake Generative Adversarial Network, yəni generasiya şəklində yarışan neyronlar prinsipi əsasında çalışır. Bəs bu nə deməkdir?

Proqramın bazasına yerləşdirilmiş alqoritmlər iki prosesdə bir-biri ilə daim rəqabət aparır. Yəni orginal ilə saxta versiya davamlı olaraq bir-birini əvəzləyir. Bu proses o vaxta qədər gedir ki, maşın özü orginal ilə saxtanı qarışdırmağa başlayır.  Beləliklə bu mürəkkəb sxem, dərin saxtakarlığın əsasını təşkil edir.

Depfeykin nə kimi təhlükəsi ola bilər?

Azərbaycanın məhsul şəxsləri və ya sizə tanış olan birisinin adından cəbhə və ya ölkənin vəziyyəti ilə bağlı təxribat xarakterli xəbərlər yaya bilərlər. Belə videolara və ya fotolara rast gəldiyiniz halda, təlaşa qapılmayın, həmin video və şəkilləri analiz üçün aidiyyatı qurumlara yönləndirin və ya telefonla təhlükəsizlik orqanlarına müraciət edin.

Aşağıdakı videoda dipfeykin sadə bir örnəyini yerləşdirmişik:





0/Şərhlər

Previous Post Next Post