Топ-100 Ermənilərin sülh manipulyasiyası

Ermənilərin sülh manipulyasiyası

Xəbər verdiyimiz kimi noyabrın 25-də Fransa senatı Qarabağla əlaqədar sənəd qəbul edib.Sənəddə “Dağlıq Qarabağ”-ın müstəqilliyinin tanıması Fransa hökumətinə tövsiyə olunub.

Noyabrın 30-da isə Belçika qanunverici orqanının bənzər addım atması gözlənilir. "Edgü Newsməsələyə ekspertimiz Elnur Şahinin münasibətini öyrəndi.

Onun fikirlərini təqdim edirik:

-Düzdür, sənədin hər hansı bir hüquqi hökmü yoxdur.Ancaq ermənilərin psixoloji cəhətdən toparlanmasına ciddi təsiri ola bilər.

Digər yandan sənədi incələdikdə diqqəti çəkən mühim bir məqamla qarşılaşırıq.Bəyanatda “Dağlıq Qarabağ rəhbərliyi razı olduğu təqdirdə diplomatik əlaqələrin qurulmasının vacibliyi” qeyd olunur.Yəni burada məhsuliyyət bir növ ermənilərin üzərinə qoyulub.

Bilindiyi kimi dekabrın 1-də, Laçın rayonunun işğaldan azad edilməsindən sonra Ermənistan və Azərbaycan arasında sülh sənədi imzalanmalıdır.Əgər ermənilər Fransa və Belçika kimi dövlətlərdən gələn diplomatik əlaqələrin qurulması təklifinə razılıq verərsə, bu ermənilərin sülhdən boyun qaçırması mənasına gəlmiş olacaq.Belə olan təqdirdə sülhməramlı qüvvə kimi Rusiya ermənilərə təsir göstərməlidir.Əks təqdirdə Moskvanın sülhməramlı missiyası birmənalı olaraq, şübhə altına düşəcək.Bu zaman Azərbaycan qəti mövqeyini sərgiləməlidir,- Elnur Şahin belə dedi.

0/Şərhlər

Previous Post Next Post