Топ-100 Ermənilərlə birgəyaşayış mümkün olacaqmı?

Ermənilərlə birgəyaşayış mümkün olacaqmı?

Reallıqlar və istəklər…

Şahin Əlioğlu

Müharibə reallıqları...

İkinci Qarabağ müharibəsinin mühüm fazasına qədəm qoyulub. Cəbhədə Azərbaycan silahlı qüvvələrinin planlı və təmkinli təzyiqi altında erməni hərbi gücləri geri çəkilməyə məcbur olur.

Dünya və Ermənistan mediasının analizi müharibənin Ermənistan üçün faciəli şəkil aldığınını göstərir. Hazırda Xocavənd, Şuşa və Laçın uğrunda gedən döyüşlərdə ermənilərin ağır itki verərək, geri çəkildikləri bəlli olur.

Bu gün Azərbaycan ordusunun cəbhədəki zəfərindən təkcə biz danışmırıq, xarici mənbələr də bunu etiraf edir.

Ermənistanın məğlubiyyəti qaçınılmazdır. Bəs sonra nə olacaq? Təslim aktı imzalanacaqmı? Əgər bu olacaqsa, kim edəcək? Ermənistanda toplumun və siyasi müxalifətin günümüzün reallıqlarına münasibəti necədir? Post-Paşinyan dövründə Ermənistanı və bölgəni nələr gözləyir?

Ermənilərin müharibəyə baxışı...

Ermənistan mətbuatını analiz və sosial şəbəkədəki ermənilərin davranışını təvtiş etdikdə, sualların cavabının həddən artıq çətin olduğu aydın görünür.

Artıq Ermənistanın baş prokurorluğu məhbusların həbsxanalardan azad edilməsi məsələsini gündəminə alıb.

Məsələ təkcə bununla bitmir, tibbi baxımdan orduya yararsız olan gənc Ədliyyə naziri Rustam Badasyan müharibəyə getməyə hazır olduğunu və bu addımının vətənə olan sevgisindən irəli gəldiyini deyib.

Göründüyü kimi Ermənistan rəsmisi işğal ərazilərini vətən adlandırır və bu yeganə örnək deyil. Demək olar ki, Ermənistanın bütün əhalisi bu mövqedədir.

Ermənistan prokurorluğunun məhkumları cəbhəyə göndərmək niyətinə gəlincə, bu cəbhədəki ağır canlı qüvvə itkiləri ilə əlaqədardır.

Yəqin Ermənistanda təslim aktı imzalanacaqmı, bu olacaqsa, kim edəcək? -sualının təsadüfən qoyulmadığını anladınız. Cavabı isə ona görə çətindir ki, Ermənistanda təkcə hakimiyyət deyil, toplum da aşırı aqressivdir. Yəni Paşinyan hakimiyyətdən getsə belə, dəyişən az şey olacaq.

Ermənistanda hakimiyyətə kim gələcək?

Hazırda istər Rusiyayönlü, istərsə də qərbpərəst müxalifət bir mənalı olaraq, susqunluğunu qorumaqdadır. Pərdə arxasında hansı oyunların getdiyini söyləmək çətin olsa da, müxalifətin susqunluğunu movcud məsuliyyəti bölüşməmək istəyi ilə izah etmək olar.

Bəs hərbçilər?

"B" variantı kimi bu Rusiyanın gündəmində olan məsələdir. Ancaq Kremlin münaqişəyə sərgilədiyi hazırkı mövqeyi bu ehtimalı hələlik çətinləşdirir. Bu bir halda mümkün olacaq ki, Moskva hakimiyyətə gətirmək istədiyi hərbçiyə milli xilaskar imici geyindirə bilsin.

Bütün bu kimi hallar ərazilərimizin işğaldan azad edilməsindən sonra belə bölgədə gərginlik və qarşıdurmanın davam edəcəyini göstərir. Ona görə də Azərbaycan xalqı və hakimiyyət birgə yaşayışdan danışarkən, bu kimi reallıqları da nəzərə almalıdır. Əlaxsüsus, Dağlıq Qarabağ məsələsində. Arxamızda qəfil alovlanacaq cəbhə buraxmamağa özən göstərməliyik... 

0/Şərhlər

Previous Post Next Post