Топ-100 Ermənistan niyə daha da aqressivləşə bilər?

Ermənistan niyə daha da aqressivləşə bilər?

Bölgə dövlətləri mövqelərini dəqiqləşdirdi…

Rusya Xarici İşlər naziri Sergey Lavrov "Kommersant" qəzetinə müsahibəsində Moskvanın Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə tərəfsizlik prinsipi əsasında siyasət yürütdüyünü qeyd edib. Lavrova görə Yerevan mərhələli şəkildə işğal etdiyi əraziləridən çıxmalıdır.

Unutmayaq ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin əzəldən Azərbaycanın ərazi bütövlüyünün təmin olunması kimi gerçəklikdən çıxış etdiyi halda, Kremlin ermənipərəst qüvvələrinin səfində mövqe tutan Lavrovun belə bir mövqeyə gəlməsi, təbii ki, təqdirəlayiq haldır. Lakin cəbhədki reallıq artıq bu bəyanatı gecikmiş edir. Ona görə ki, mərhələli həllin birinci şərti Azərbayan ordusu tərəfindən həll edilib. Hətta digər ərazilərin də işğaldan azad edilməsi an məsələsidir. Bu baxımdan S. Lavrovun bu bəyanatı hər nə qədər Azərbaycanın cəbhədəki uğurlarını görməzdən gəlmək olsa da, mövcud reallığı qəbullanması Azərbaycan ordusunun və diplomatiyasının qələbəsidir.

Lavrov həm də qeyd edib ki, Rusiya Ermənistan ərazisinə təcavüz olduğu halda vəziyyətə hərbi müdaxilə edə bilər. Bütün bunlardan sonra Ermənistanın müharibəni öz ərazisinə çəkmək üçün təxribatlarını daha da intevsizləşdirəcəyini gözləməyə dəyər.

Digər yandan İran İslam Respublikasının dini rəhbəri Xamneyi də çıxışında Ermənistanın işğal altında saxladığı bütün Azərbaycan torpaqlarını tərk etməsinin vacibliyini bildirib.

Xatırladaq ki, İran bu mövqeyə bir neçə gün əvvəlki uğursuz vasitəçi missiyası cəhdindən sonra gəlib.

0/Şərhlər

Previous Post Next Post