Qızıl yataqları uğrunda mübarizə gedir…
"Nə olacağını
bilmirəm, yəqin ki, mədəni də alacaqlar. Əgər bu baş verərsə, gördüyünüz bu
insanların həyatı bitəcək. Sərhəd kəndin əhalisinin təxminən 30-40% -i bu
mədəndə işləyir və keçimini buradan təmin edir. İşlərini itirdikləri təqdirdə,
yaşamaq üçün heç bir şeyləri qalmayacaq"-kənd sakini Vardan Hayrapetyan
belə deyib.
Rusiya mətbuatına
açıqlama verən erməni kəndinin icma rəhbəri bildirib ki, noyabrın 26-dan
etibarə bütün yataqlara Azərbaycan əsgərləri nəzarət etsə də, mədəni hələ də
erməni polisləri qoruyur və erməni çalışanlar işlərinə davam etməkdədirlər.
Edgü News-un əldə etdiyi
məlumatlara görə hazırda GPS sistemi və Rusiyanın vasitəçiliyi ilə həmin
ərazidə demarkasiya işləri apalır. Bu ərazilərin Azərbaycana məxsus olduğu
şübhəsizdir, amma işin içində Rusiyanın olduğunu unutmayaq...
Post a Comment