Топ-100 Ermənistan yeni cəbhə açır?

Ermənistan yeni cəbhə açır?

Azərbaycanın BMT tərəfindən tanınan suveren dövlət sərhəddi pozulur...


Noyabr ayının 5-dən etibarən Ermənistan silahlı qüvvələri Berd, Çemberek və Vardenis ərazisindən Azərbycanın Tovuz, Gədəbəy və Daşkəsən şəhərlərindəki hərbi hissələrini atəşə tutub.

Xatırladaq ki, bəhsi gedən bölgə Qarabağdan xeyli uzaq məsafədə yerləşir. Sual olunur, niyə Ermənistan müharibənin əhatəsini genişləndirməyə çalışır və açıq-aşkar Azərbaycanın Beynəxalq hüquqda tanınmış suveren sərhədlərini pozur?

Məsələ bundan ibarətdir ki, Azərbaycan ordusu Qarabağda sürətlə irəliləyir, işğal altındakı torpaqların azad olunması prosesi uğurla davam edir. Artıq qədim Azərbaycan şəhəri (keçmiş adı Pənahabad olub-red.) Şuşa Azərbaycan ordusunun nəfəsini duyur. Buna görə də ermənilər, hətta Beynəxalq hüququ pozmaqla, Ermənistandan Azərbaycan ərazisinə artilleriya zərbələri endirərək, guya bu gücü parçalamağa çalışırlar.

Digər yandan yenə də köhnə nağıllara ümid bəslənməkdədir. Belə ki, rəsmi Yerevan ümid edir ki, Azərbaycan Ermənistanın bu tip provakativ əməllərinə adekvat cavab verəcək. Bununla da KTMT və Rusiyanın əraziyə hərbi müdaxiləsinə şərait yaranacaq.

Paşinyan rejiminin anlamadığı bir həqiqət var, ola bilsin, Qarabağda gedən müharibənin bu fazasında Bakı təmkinini qoruyur, amma gələcəkdə ermənilər Azərbaycanın sərt mövqeyi ilə üzləşə bilər. Ən azı ona görə ki, Azərbaycan Beynəlxalq hüququ əsas götürərək, BMT tərəfindən tanınan suveren sərhədlərini qorumaq məcburiyyətində qalacaq. Bu isə Ermənistan ərazisinə təcavüz anlamına gəlməyəcək.

Tək bu deyil, KTMT-yə üzv dövlətlərin anında vəziyyətə hərbi müdaxilə edəcəyi xeyli şübhə doğurur. Çünki bu qurumda təmsil olunan dövlətlərin real vəziyyəti araşdıraraq, Ermənistana “YOX!” deməsi daha inandırıcı görünür.

Ən nəhayət, tutalım, Rusiya belə bir addım atmaq istəsin. Axı bu Moskva üçün özünə kəfən biçmək qədər təhlükəli bir davranış olacaq. Niyə Kreml cırtdan Ermənistan üçün öz taleyini təhlükə altına atsın və ya Qərbin çoxdan planladığı oyununa gəlsin? Bu mənada Ermənistanın nə qədər gec deyil, ağlını başına toparlaması, məhz onun xeyrinə olacaq. Əks təqdirdə aqibətini yaxşı heç nə gözləmir.

0/Şərhlər

Previous Post Next Post