Топ-100 3 qol, 2 qırmızı kart, 1 penalti

3 qol, 2 qırmızı kart, 1 penalti

Türkiyə Super liqasında “Fənərbağça” “Antalyaspor”-un qonağı olub.Oyunun əksər hissəsində “sarı-lacivərtli” komandanın aşkar üstünlüyü hiss edilib.Matçın icmalı isə belədir:

45-ci dəqiqədə “Antalyaspor”-un hücumçusu Adis Yahoviç qırmızı vərəqə alıb.

49-cu dəqiqədə Ener Valensiyanın ötürməsini Ozan Tufan qola çevirib.Və hesabı açan tərəf “Fənərbağça” olub.

52-ci dəqiqədə yerli komanda hesabı bərabərləşdirib.Lukaş Podolski qolun müəllifi olub.

62-ci dəqiqədə qonaq komandanın heyətində iki argentinalı bir-birini əvəzləyib.Xose Sosa oyundan çıxıb,onu yerinə meydana Diyeqo Perotti daxil olub.

84-cü dəqiqədə Perotti sol tərəfdə iki rəqibini aldadıcı fəndlə geridə qoysa da rəqib onu cərimə ilə dayandırıb.Matçın baş hakimi 11 metrlik təyin edib.Zərbəni Perotti özü yerinə yetirərək komandasını önə keçirib.1-2

Oyunun artırma dəqiqələrində Sinan Gümüş hakimə etdiyi fiziki etiraza görə meydandan qovulub.


0/Şərhlər

Previous Post Next Post