Топ-100 Fransa tanıdı, sıra Belçikada

Fransa tanıdı, sıra Belçikada

 


Məlum olduğu kimi noyabr ayının 25-də Fransa senatı 305 nəfər lehinə, 1 nəfər əleyhinə olmaqla “Dağlıq Qarabağ”ın müstəqilliyini tanıdı.

Noyabrın 30-da isə Belçika Parlamentinin Xarici Əlaqələr Komitəsində Dağlıq Qarabağla diplomatik əlaqələrin qurulmasını nəzərdə tutan layihə müzakirə olunacaq. Sənəddə Belçika hökümətinə “Dağlıq Qarabağ”ın tanınması tövsiyyə olunur.  

Xatırladaq ki, layihəni Belçikanın qanunverici orqanına deputat Peter de Rover təqdim edib.

Yaranmış vəziyyətlə əlaqədar olaraq, Nikol Paşinyan qeyd edib ki, erməni xalqı məğlub olmayıb, sadəcə, indi Dağlıq Qarabağın tanınması mərhələsi baş verir.

Edgü News”-un əldə etdiyi məlumata görə Latın Amerikasından da bir neçə dövlət “Dağlıq Qarabağ” ilə diplomatik əlaqələrin qurulması istiqamətində addımlar atacaq.

Rusiya mətbuatında yayılan xəbərlərə görə Xankəndidə belə bir diplomatik nümayəndəliklər qurularsa, Rusiya sülhməramlıları həmin qurumların təhlükəsizliyini təmin edəcək.

Digər tərəfdən ermənilərin məskunlaşdığı ərazilərdə Rusiya komendantına tabe erməni polis işçilərinin fəaliyyət göstərəcəyi qeyd olunur.

Moskvadan əldə etdiyimiz digər bir məlumatda isə bildirilir ki, Rusiya-Türkiyə danışıqlarında Kreml  ən kiçik detalları belə uzun-uzadı müzakirə etməklə, Mehmetciyin bölgəyə girişini qəsdən gecikdirir.

Erməni mətbuatı isə Laçın zolağına daxil olan ərazilərə ermənilərin geri qaytarılacağını yazırlar.

Deyəsən, qorxduğumuz başımıza gəlir. Vəziyyət Ruscadır!

0/Şərhlər

Previous Post Next Post