Топ-100 Fransa tərəf olduğunu elan etdi

Fransa tərəf olduğunu elan etdi


Fransa Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda deyilir:

-Fransa hakimiyyəti münaqişədə əziyyət çəkən ermənilərə yardım göstərmək məqsədi ilə geniş bir proqramın icrasına başlayır.

Bəyanatdan həm də məlum olur ki, proqrama rəhbərlik Emanuel Makronun tapşırığı ilə Xarici İşlər və Avropa Naziri Jan İves Le Drian rəhbərlik edir.

Nazirlik bütün işləri öz nəzdində Xüsusi Yardım Komitəsi yaratmaqla kordinə edəcək. Ən maraqlısı bundan ibarətdir ki, komitə bu yardım aksiyasını "biz qalib gələcik!“ şüarı altında həyata keçirir.

Yardımın üç mərhələdə olması nəzərdə tutulur:

Birinci mərhələdə tibbi yardım olacaq.

İkinci və üçüncü mərhələdə isə Aznavour Vəqfi və Ümumerməni Xeyriyyəçi Birliyinin yaxından iştirakı ilə maddi və digər yardımların göstərilməsi nəzərdə tutulur.

Məsələ ilə əlaqədar ekspertimiz Şahin Əlioğlunun mövqeyini öyrəndik.

Şahin Əlioğlunun sözlərinə görə Azərbaycanda hər nə qədər Minsk qrupu, onun həmsədrlərinin statusu müzakirə olunsa da, Yelisey sarayı bu mərhələnin arxada qaldığını anlayır və bu "münaqişə"də artıq tərəf kimi yer tutmaq istəyir. Bütün bunlara təbii baxılmalıdır.

Bildiyim qədəri ilə yardım Ermənistan ərazisində həyata keçiriləcək. Ancaq həmin yardımlardan Qarabağdakı ermənilərə göndərmək cəhdi olarsa, o zaman prosesin tamamilə rəsmi Bakının nəzarətində olmasını təmin etmək lazımdır,-Şahin Əlioğlu belə deyib.

0/Şərhlər

Previous Post Next Post