Топ-100 Gürcüstanda nə baş verir: seçki, yoxsa müharibə?

Gürcüstanda nə baş verir: seçki, yoxsa müharibə?


Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrə görə İvanişvilinin Gürcü Arzusu partiyasının öndə olduğunu elan etməsinə Gürcüstanın Vahid Milli Hərəkatının liderlərindən biri Jvaniya sərt reaksiya verib.O, saxtakarlıqların düzəldilməməsi təqdirdə tərəfdarlarının küçələrə axışacağını söyləyib.

Bundan az sonra Bidzina İvanişvili, rəsmi nəticələrin elanını gözləmədən əqidədaşlarını parlament seçkilərində qalib gəlmələri münasibətilə təbrik edib.

Digər tərəfdə isə Saakaşvili parlament seçkilərinin nəticələrini Gürcüstan müxalifət qüvvələrinin böyük qələbəsi adlandırıb. O, bundan sonra müxalifətin qarşısında milli birlik hökumətinin qurulması vəzifəsinin durduğunu bildirib. Saakaşvili baş nazir postuna namizəd olmayacağını da bəyan edib.

Gürcüstanın İmedi televiziyasının Vahid Milli Hərakatın ikinci olduğunu açıqlamasından sonra vəziyyət daha da gərginləşib.

Xarici mətbuatın Gürcüstandakı seçkilərə reaksiyası olduqca qəribədir.

BBC bu seçkiləri müharibə adlandırıb.

0/Şərhlər

Previous Post Next Post