Топ-100 Hazırda Qarabağda ermənilər və ruslar nə işlə məşğuldur?

Hazırda Qarabağda ermənilər və ruslar nə işlə məşğuldur?


Noyabrın 17-də axşam, Ermənistan Respublikasının Müdafiə Naziri David Tonoyan ilə Rusiya Federasiyasının Müdafiə Naziri Sergey Şoyqu arasında telefon danışığı olub.

Tərəflər Qarabağdakı vəziyyəti müzakirə edib, Rusiya sülhməramlının fəaliyyəti və digər aktual məsələləri ələ alıblar.

Tonoyan öz həmkarına Rusiya sülnməramlılarının operativ və effektiv fəaliyyətinə görə təşəkkürünü bildirib.

O, əsr və meyitlərin mübadiləsində, itkin düşənlərin axtarışında, əhalinin geri qaytarılmasında göstərilən qətiyyətli mövqe üçün minnətdarlığını ifadə edib.

Erməni nazir Rusiya İdarələrarası Humanitar Mübarizə Mərkəzinin yaradılması işində, əhalinin geri qaytarılması və digər humanitar məsələlərin həlli istiqamətində Ermənistanın əlindən gələn köməyi edəcəyini söyləyib. 

Öz növbəsində Sergey Şoyqu bildirib ki, bu günə qədər 1200 nəfərin geri qaytarılmasına nail olunub, və onların problemlərinin həll edilməsində xeyli iş görülüb.

Ermənistan mətbuatında isə Nikol Paşinyanın cari fəaliyyət planı yayımlanıb.

Planda ilk sırada Qarabağdan çıxmış ermənilərin təcili olaraq, geri qaytarılması məsələsi ilk sırada durur.

Bu arada 27 illik işğal dövründə Qarabağa gəlib məskunlaşmış ermənilər müharibə zamanı geri Meğriyə köç ediblər. Lakin hazırda Moskva bu ermənilərin də Xankəndi və Xocalıda yerləşdirilməsi ilə məşğuldur.

Sual yaranır Kreml və rəsmi Yerevanı niyə demoqrafik vəziyyətə bir bu qədər diqqət ayırır? Zənnimizcə, sualın cavabı hər kəsə aydındır. Ona görə də Azərbaycan bu məsələdə öz qətiyyətli mövqeyini açıq-aydın ortaya qoymalıdır.

 

0/Şərhlər

Previous Post Next Post