Топ-100 Şimali Kipr Türk Respublikası ilə İsrail bayraqları niyə bir-birinə bənzəyir?

Şimali Kipr Türk Respublikası ilə İsrail bayraqları niyə bir-birinə bənzəyir?

Dünya dövlətlərinin bayraqları arasında bənzərlikləri sezmisiniz? Məsələn, Yeni Zellandiya, Avstraliya, Böyük Britaniya və Hind okeanında yerləşən Ficinin timsalında bir neçə ada dövlətlərinin bayraqlarını nümunə göstərmək olar.Yaxud da Serbiya, Sloveniya, Slovakia və Rusiyanın bayraqları arasındakı oxşarlıq bunun başqa bir örnəyidir.Burada imperiyalar və onların koloniyaları üzərindəki təsiri və yaxud etnik mənşədən qaynaqlanan səbəblər ola bilər.

Sual ortaya çıxır, bəs, Türk Kipri ilə İsrail bayraqlarındakı bənzərlik hansı gerçəklikləri özündə daşıyır?

İsrail ikinci dünya müharibəsindən sonra qurulmuş dövlətdir.1948-ci il 28 Oktyabr-da dövlətin bayrağı təsis edilir.Bayraqda göy rəngdə Davud ulduzu ağ fon rəngi üzərində təsvir edilib.İki göy cizgi bayrağın üst və alt tərəfində var.Bu xətlər Nil və Fərhat çaylarının simvoludur.

Türk Kiprinə gəldikdə isə bayrağın rəsmi açıqlaması yoxdur.Ama qəribədir ki, bayrağın mənası ilə İsrail bayrağına bənzərliyi arasında bir bağlılıq olduğu söylənilir.Belə ki, ŞKTR-in bayrağı 7 Mart 1984-cü ildə təsdiq edilmişdir və o dövrün milli-mühafizə hərəkatın lideri Nəcməddin Ərbakan tərəfindən bayrağın ideyası verilmişdir.O, ideyasını İsrail əgər Nil və Fərhat çayları arasında böyük yəhudi dövləti qurmağı planlayır və bu istəyi bayraq üzərində əks etdirirsə, onda biz də onların bu arzusunu ürəklərində qoymalıyıq deyə bildirmişdir.O dövrün məşhur türk qəzetləri “tarihi ayar” başlıqları atmış, mövzunu belə özətləmişdilər.

Türk Kipri dünya ölkələri tərəfindən tanınmayan bir respublikadır.Azərbaycan da bu dövləti tanımır.Səbəb isə Qarabağ problemi idi.Bu yaxınlarda Qarabağı işğaldan azad etdiyimiz üçün yaxın günlərdə Kipri tanıyacağımız da Türkiyə mətbuatında danışılır.


0/Şərhlər

Previous Post Next Post