Топ-100 İstanbulda 7 qollu oyun : Qonaqlar qaçdı, yerli komanda qovaladı

İstanbulda 7 qollu oyun : Qonaqlar qaçdı, yerli komanda qovaladı

 

“Sarı lacivərtlilər” “Qara qartal”a qarşı

“Sarı lacivərtlilər” “Qara qartal”a qarşı

Noyabrın 29-u İstanbulda iki yerli komanda üz-üzə gəldi. Kadıköydə “Fənərbağça” “Beşikdaş” klubunu qonaq etdi.Oyunda 7 qol vuruldu, qollardan biri 11 metrlik cərimə zərbəsindən qeydə alındı.

Oyunun ən yaxşısı qonaq komandanın hücumçusu V. Aboubakar oldu. Hücumçu iki dəfə fərqlənərək, komandasını 0-2 hesabı ilə önə keçirməyi bacardı.”Fənər”in qolçusu P. Sisse fərqi bir topa endirsə də Nəcip Uysal hesab arasındakı fərqi iki topa çatdırdı.Lakin bir daha fərq minimum oldu.Ozan Tufan topu tora qovuşdurdu. “Beşikdaş” dördüncü qolu vurmağı da bacardı.Nsakala fərqləndi.Son dəqiqələrdə Ozan Tufan yenidən fərqi minimuma endirdi. Bu qol 11 metrlik cərimə zərbəsindən vuruldu.Xatırladaq ki, qonaq komandanın heyətində Larin qırmızı vərəqə alaraq, komandasını meydanda uzun müddət azlıqda buraxdı.

Oyundan sonra hər iki komandanın idarəçiləri, xüsusən məğlub tərəf hakimdən narazı olduqlarını bildirdi.Belə ki, “Fənərbağça”lı idarəçi qonaq komandanın vurduğu üçüncü qoldan əvvəl cərimə elədiklərini iddia etdi.Digər tərəfdən texniki direktor Erol Bulut isə mətbuat konfransında məğlubiyyətin səbəbini hakimə bağlamağı dilə gətirib.

 


0/Şərhlər

Previous Post Next Post