Топ-100 Manvel Qriqoryan cəbhədən niyə döndü və ölümü ətrafında dedi-qodu

Manvel Qriqoryan cəbhədən niyə döndü və ölümü ətrafında dedi-qodu


İlk öncə məlumat verək ki, ermənilərin “milli qəhrəmanı” Manvel Qriqoryan 2018-ci ilin iyulunda həbs olunub, 2020-ci ildə ölkəni tərk etməmək şərtilə azadlığa buraxılıb. Qriqoryan 101 milyon dram, yəni 200 min dollarlıq yeyintidə ittiham olunsa da, həbsinin əsl səbəbi Nikol Paşinyanla arasındakı intriqadır. Bəs, Ermənistan Baş Naziri ilə sabiq Müdafiə nazirinin müavini arasında nə intriqa ola bilər?

“Dərin incikliyin” kökü 2008-ci ildən başlayır.

2008-ci ilin 1 mart hadisələri zamanı Nikol Paşinyana Qərb tərəfindən mitinqləri idarə etmək və Levon Ter-Petrosyanı hakimiyyətə gətirmək vəzifəsi qoyulmuşdu. Bu o dövrə təsadüf edir ki, Türkiyədə “erməni açılımı” prosesinə start verilmişdi. Mitinqlər zamanı qarşıdurma yarandığı təqdirdə isə Manvel Qriqoryan “Yerkpara” silahlı dəstəsi ilə dəstək olmalı idi.

Lakin Köçəryan hakimiyyəti və Moskvanın kəşfiyyat xidməti Ermənistan ictimaiyyətində Levon Ter-Petrosyan və onu dəstəkləyənlərin türk agentləri olmaları barədə məlumatlar yaymağa başladılar. Və bundan sonra mitinqçilərə qarşı sərhədsiz güc tətbiq edildi. Manvelin “yerkparaçıları” isə bu gücə qarşı çıxmadılar. Buna görə Levon Ter-Petrosyan tərəfdarları onu xəyanətkar kimi qələmə verdilər. Hətta o zamanlar “Hayqaqan jamanak” qəzetində Nikol Paşinyanın rəzil “qəhrəman” məqaləsi dərc olunmuşdu (“Ermənistan vaxtı” qəzeti, hazırda baş redaktoru N.Paşinyanın həyat yoldaşı Anna Hakopyandır- red.)

Mart hadisələrindən sonra Manvel Qriqoryan həm müxalifət arasında nüfuzdan düşdü, həm də hakimiyyət arasında etibarını itirdi.

2018-ci ilin mayında Nikol Paşinyan hakimiyyətə gəldi və ilk işi Manvel Qriqoryanı həbs etmək oldu.

Qeyd etdiyimiz kimi yanvar ayında “Qarabağ qəhrəmanı” müəyyən şərtlərlə azadlığa buraxılmışdı.

İkinci Qarabağ müharibəsi zamanı M.Qriqoryanın qarşısına nüfuzunu bərpa etmək şansı çıxdı. Təbii ki o, bu fürsəti fövtə vermək istəmədi. Ona görə də oktyabrın 7-də cəbhəyə yollandı.

 Rəsmi erməni mətbuatı onun şəkər və xərcəngdən əziyyət çəkdiyini və bu faktın vəziyyətinə təsir etdiyini yazırlar. Lakin müxalif yönlü bir sıra qəzetlərdə onun koronavirus səbəbilə müharibə bölgəsindən uzaqlaşdırıldığı qeyd olunur. Yeri gəlmişkən, Hərbi Nəzarət Xidmətinin rəisi, general Movses Hakopyan da koronavirus bəhanəsi ilə cəbhədən uzaqlaşdırıb. Onun uzaqlaşdırılmasının səbəbi Anna Hakopyandır.Nəzarət rəisi prezidentin həyat yoldaşından qərargahı tərk etməsini istəyib.Bu da istər istəməz onun kariyerasına təsir edib.

Oktyabrın 20-də Yerevana geri dönən Manvel Qriqoryan , özü ilə ürəkağrıdan sirlər gətirdiyini və Paşinyanın hakimiyyətdən getməsi üçün əlindən gələni edəcəyini, deyib.

Hazırda hər nə qədər rəsmi məlumatlarda M.Qriqoryanın xəstəlikdən öldüyü yazılsa da, erməni toplumu arasında onun sirlərinin başına bəla olduğu fikri sürətlə yayılmaqdadır. Fakt isə bundan ibarətdir ki, “qəhrəman Manvel” rəzil Manvel olaraq öldü. Yəni erməni toplumunun gözündə adını təmizə çıxara bilmədi. Azərbaycanlıların yaddaşında isə o, dünən də, bu gün də canidir, belə də qalacaq. Uşaq qatili, soyqırım törətmiş bir cəllad kimi xatırlanacaq.

Elnur Şahin

0/Şərhlər

Previous Post Next Post