Bu gün dünya futbolunun əfsanəsi Diyeqo Armando
Maradona dünyasını dəyişdi.1960-cı ilin 30 oktyabrında, Buenos Ayresdə dünyaya göz
açan argentinalı futbolçu , yenə bir payız axşamında dünyasını dəyişdi.Futbolla
10 yaşından etibarən məşğul olan Maradona həyatını idmanın bu növünə həsr etdi.”Los
Kobollitas” klubunda çıxış edən futbol əfsanəsi klubun heyətində 136 oyuna
çıxmış və heç bir oyunda məğlubiyyət üzü görməmişdir.Peşəkar futbola isə
1976-cı ildə “Argentinas Xuniors” klubunda başlamış, 166 rəsmi qarşılaşmada 116
qol vurmağı bacarmışdır.
1981-ci ildə Diyeqonun yeni adresi Argentinanın ən
böyük və nüfuzlu iki klubundan biri olan “Boka Xuniors” idi.Burda çıxış etdiyi bir
il ərzində 42 rəsmi matçda 28 dəfə topu qapıya göndərmiş və Avropa klublarının
diqqətini çəkməyi bacarmışdı.Elə bunun nəticəsidə Maradona Bokanın heyətində cəmi
bir il oynadıqdan sonra İspanyanın “Barselona” klubunun yolunu tutdu.Bu
transfer üçün ispanlar argentinalı təmsilçilərə o dövrün rekord məbləğini, 4
milyon dollar həcmində ödəmə etmək məcburiyyətində qaldı.Lakin onun “Barselona”
kariyerası da çox qısa oldu.Qısa olmasına baxmayaraq o, Barselonada da öz
keyfiyyətini, oyun bacarığını, sadə keçidlərini sərgiləyərək dünya futbolunda
bir əfsanə olduğunu ispat etdi.Oyun stilinə görə Messini ona bənzətsələr də Maradona
argentinalı xələfindən daha sadə, gözəxoşgələn futbol oynayırdı, rəqiblərini bir
bilək hərəkəti ilə geridə qoymağı bacarırdı.
1984-ci il idi.Diyeqo heç kimin təxmin etmədiyi bir
qərar verərək, yeni bir transfer müqaviləsinə qol çəkdi.Bu razılaşma “Barselona”
tarixinin ən ağır qərarlarından biri oldu.Ama digər tərəfdə, İtaliyanın Neapol
şəhərində isə bir dirçəlişə imza atılmışdı.Çünki o, irəlidəki 4 il ərzində italyanların
“Napoli” klubunun formasını tərlədəcəkdi və dünya futbolunun Maradonası
olacaqdı.Belə də oldu.188 oyun, 82 qol.İtalya Diyeqonun oynadığı oyun və attığı
qollarla yüksəlişə keçmişdi, bütün dünya bir futbol əfsanəsini seyr edirdi.
Kariyerası boyunca saysız rekordlar qıran Armando
Maradona, 492 oyuna çıxmış 297 qol vurmağı bacarmışdır.Diyeqo milli komandanın heyətində də bir çox qola
imza atmışdır.Belə ki, dörd dünya kubokunda oynayan Maradona 1986-cı il
çempionatında milli komandasına kapitanlıq etmiş və Qərbi Almanyanı finalda 3-2
məğlub edərək, dünya kubokunu almağı bacarmışdır.Həmin oyundan sonra “Qızıl Top”
mükafatını almışdır.Çeyrək-final qarşılaşmasında isə Argentina İngiltərəni 2-1
məğlub etmişdir.Qollardan birini əllə vurmasına baxmayaraq qeydə alınmış, daha
sonra FİFA həmin qolu “Tanrının əli” ləqəbi ilə əfsanələr siyahısına əlavə
etmişdir.Digər qolu isə yenə unudulmaz qollar siyahısındadır.Belə ki, Diyeqo
topla 60 metrə məsafə irəliləyərək bütün İngiltərə futbolçularını geridə qoymuş
və topu tora qovuşdurmuşdur.
Şəxsi həyatına gəldikdə isə Diyeqo bir çox yanlışlar
etdiyini dilə gətirmişdi.Bu barədə futbol həyatını bitirdikdən sonra özü mətbuata
etiraf etmişdi.Uyuşdurucu maddələrdən istifadə etməsi onun sağlamlığına ciddi
ziyan vurmuşdu.Ama o, həm dünya futbolunda, həm də Napoli şəhəri üçün əfsanəvi
Maradona olaraq əbədi yaşayacaqdır.
Post a Comment