Türkiyə Respublikasının Milliyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçeli partiyanın qrup yığıncağında ölkəsinin siyasi gündəmi haqqında danışıb.Şimali Kipr Türk Respublikasını vətən torpağı adlandıran Bahçeli, Yunanıstana və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına sərt reaksiya verib.O, öz çıxışının bir qismində Azərbaycana da yer ayırıb.Türkiyə Böyük Millət Məclisinə təqdim edilən Qarabağla bağlı hərəkət planı sənədinə rəy bildirəcəklərini, eləcə də dost və qardaş ölkə Azərbaycana dəstək olduqlarını bildirib.Və o, sözlərinə belə davam edib: ”Diləyimiz Dağlıq Qarabağın erməni silahlılarından tamamən təmizlənməsidir.Qarabağ Türk yurdudur.Gerçək sahiblərinə qaytarılmışdır.Ədalət yerini tapmışdır.”
Post a Comment