Yoxsa zorən etibaretmə diplomatiyası…
Birləşmiş Ərəb Əmirlikləri Ermənistana 300 tank satacaq.
Ukrayna, əslində bütün prosesin Rusiyanın, şəxsən Putinin
nəzarəti altında baş verdiyinə inanır. Qeyd olunur ki, Lukaşenkonun qalmaqallı
seçki prosesindən sonra Moskvaya səfəri zamanı belə bir ortaq qərar alınıb.
Razılaşmaya əsasən, Belarus 450 tankı Birləşmiş Ərəb
Əmirliklərinə satacaq. Bunlardan 150 ədədi Əmirlikdə qalacaq, qalan 300-ü isə
münasib, yəni daha ucuz qiymətə Ermənistana satılacaq.
Bununla da bir tərəfdən "Batka" Kremlə olan
borcunu qismən ödəmiş, digər yandan isə Rusiya Azərbaycan qarşısındakı tərəfsiz
imicini qorumuş olacaq.
Moskvanın Minski belə bir addım atmağa məcbur etməyə isə
Belarus və BƏƏ arasında 2016-2019-cu illərdə imzalanan razılaşmalar imkan yaradıb.
Məşhur
Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, yalnız
2017-ci ildə Belarusiyanın silah ixracatı milyard dolları keçib. Vyetnam, Çin və
Sudan əsas alıcılardan hesab olunur. Son dövrlərdə bu siyahıya BƏƏ-də əlavə
olunub.
Xatırladaq ki, Azərbaycan Belarusiya müdafiə sənayesi
kompleksinin məhsullarının sifarişçilərindəndir. Ümumiyyətlə isə Minsk öz hərbi
məhsullarını dünyanın 69 ölkəsinə satır.
Kremlə gəlincə, Bakıda onun bitərəfliyinə inandıqlarını
deyirlər. Kim bilir, bəlkə bu zorən etibaretmə diplomatiyasıdır?!
Post a Comment