Топ-100 Müqəddəs Vasiliy vəqfinin təsisçisi həddini aşdı

Müqəddəs Vasiliy vəqfinin təsisçisi həddini aşdı

Malofeyev Azərbaycanı təhdid etdi


Ermənilərin Şuşada Müqəddəs Xilaskarın Kilsəsinin Azərbaycan tərəfindən dağıldılması barədə yaydığı xəbərdən sonra  Rusiyada “qaşınmayan yerdən qan çıxarmağa çalışanlar” meydan sulamağa başlayıblar.

Bunlardan biri də “Tsarqrad” televiziya kanalının sahibi, Müqəddəs Böyük Vasiliy fondunun təsisçisi Konstantin Malofeyevdir.

Malofeyev Azərbaycanın ünvanına hədyan-hədyan ifadələr işlədərək, Rusiyanı bütün hərbi gücü ilə vəziyyətə müdaxiə etməyə çağırıb.

Azərbaycanı dini müharibəni qızışdırmaqda ittiham edən bu zat, deyəsən, anlamır ki, Rusiyanın 20-25% əhalisi müsəlmanlardır. Od üzərinə yağla getməyə gərək yoxdur, hələ-hələ erməni yağıyla heç. Bölgə və Rusiya üzərində hansı oyunların oynandığının fərqinə varmayan bəsirətsiz birisinin bu şəkildə davranmasına biz təbii baxırıq, bəs Rusiyanın ağlı başında olan ziyalıları necə? Onlar Malofeyevə gərəkli cavabı verəcəklərmi?

0/Şərhlər

Previous Post Next Post