Топ-100 Paşinyan məğlubiyyətini yavaş-yavaş etiraf edir

Paşinyan məğlubiyyətini yavaş-yavaş etiraf edir

Erməni lider ritorikasını dəyişir…

Ermənistanın baş naziri Nikol Paşinyan Əl-Cəzirə televiziya kanalına müsahibəsində Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri kimi Qarabağ münaqişəsində sərgilədiyi bitərəf mövqeyi guya analayışla qarşıladığını qeyd edib.

Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir və bu münaqişənin həllində vasitəçi statusunda çıxış etdiyinə görə müəyyən mənada neytrallığını qoruması anlaşılandır,-Paşinyan belə deyib.

Baş nazir Moskva ilə İrəvan arasındakı münasibətlərin soyuqlaşması kimi fikirləri isə qəbul etməyib.

O, Rusiya rəsmiləri, eləcə də prezident Vladimir Putin ilə davamlı əlaqə saxladığını, Ermənistanın təhlükəsizlik qarantının Rusiya olduğunu söyləyib.

Bununla belə Paşinyan Qərbə də təşəkkür etməyi unutmayıb. O, Fransa prezidenti Makron, ABŞ dövlət katibi Pompeu ilə mütəmadi təmasda olduğunu qeyd edib.

Azərbaycan ordusunun zəfərini isə yenə də guya Azərbaycan tərəfindən döyüşən Türkiyə əsgərlərinin və muzdluların ayağına yazıb.

Bununla belə, erməni lider dolayı da olsa, məğlubiyyətini etiraf etməyə başlayıb.

0/Şərhlər

Previous Post Next Post