Топ-100 Peskov özünü təkzib etdi, əsl həqiqət üzə çıxır

Peskov özünü təkzib etdi, əsl həqiqət üzə çıxır


Dünən Dmitri Peskov Dağlıq Qarabağda Türkiyə əsgərinin olmayacağını bəyan etmişdi və bunu atəşkəs bəyannaməsində belə bir bəndin olmaması ilə izah etmişdi.

"Edgü News"un əldə etdiyi özəl bilgilər əsasında bir sıra mətləblər aydın olmuşdur.

Əslində Ermənistan-Azərbaycan müharibəsinin inkişaf xətti aşağıdakı şəkildə təhlil olunmalıdır:

1. Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələri üzərində əldə etdiyi zəfər birinci mərhələdir. Bu mərhələdə Azərbaycan tərəfindən 8 şəhər 300-ə yaxın kənd, 3 şəhər tipli qəsəbə və 10-a qədər strateji yüksəklik işğaldan azad olundu. Başqa sözlə, bununla da Azərbaycan faktik olaraq, müharibənin taleyini həll etdi.

2. İkinci mərhələ isə Rusiya-Ermənistan-Azərbaycan arasında imzalanan tam atəşkəs haqqındakı sənəddir. Bu bəyannamə ilə Rusiya mütəffiqi olan Ermənistanı bir dövlət kimi məhvdən xilas etdi. Çünki Qarabağa tam nəzarət və bölgədə davam edən gərgin qarşıdurma müharibənin Ermənistanın içərilərinə doğru yayılmasına şərait yaradacaqdı.

Azərbaycana gəlincə, ikinci mərhələdə rəsmi Bakı güllə atmadan diplomatiya masasında Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmiş oldu.

3. Müharibənin üçüncü mərhələsi isə sülh haqqında sənədin imzalanması mərhələsidir. Yəni üç tərəfin imzaladığı bəyannamənin detallarının, başqa sözlə, sülh mexanizminin işlənməsi mərhələsidir.

Üçüncü mərhələdə Rusiya-Türkiyə danışıqları ağır basacaq və Xankəndi, Xocavənd, Xocalının taleyinin həll olunmaı ilə yanaşı, vəziyyətə nəzarət edəcək sülhməramlıların fəaliyyəti kiçik detallarına qədər müzakirə olunacaq. Həm də Azərbaycan-Naxçıvan quruyoluna nəzarət mexanizminin müzakirəsi gözlənilir.  

Beləliklə, Türkiyə hərbçilərinin Dağlıq Qarabağda olacağı şübhə doğurmur. Bunu Peskov digər bir açıqlaması ilə artıq, etiraf edib. Ayrıca, bu gün Türkiyə prezideni R.T. Ərdoğan da partiyasının Böyük Millət Məclisindəki toplantısında bu barədə bəyanat verdi.

"Edgü News" olaraq həm Moskva, həm də Ankaradan əldə etdiyimiz məlumata görə sülhməramlıların Dağlıq Qarabağda müşahidə və nəzarət fəaliyyətinin müzakirəsi məqsədi ilə bu gün Rusiyadan Türkiyəyə siyasilərdən və hərbçilərdən ibarət nümayəndə heyəti gəlib.

İlkin əldə etdiyimiz bilgiyə görə Rusiya sülhməramlıları Laçın-Xankəndi yolunada 16 nəzarət-müşahidə məntəqələri quracaqlar. Yəni hər məntəqədə təxminən bir bölüyün yerləşdirilməsi nəzərdə tutulur.

Türkiyə hərbçilərinin statusu ilə bağlı duruma gəlincə, xəbər əldə edən kimi tərəfimizdən təqdim oluncaq.

Məsələ ilə əlaqədar ekspertimiz Şahin Əlioğlunun geniş şərhi  də yayımlanacaq.

Edgü News

0/Şərhlər

Previous Post Next Post