Топ-100 Rusiya bölgəyə sənəddə göstəriləndən çox taxnika gətirib?

Rusiya bölgəyə sənəddə göstəriləndən çox taxnika gətirib?


Noyabrın 13-də Vladimir Putinin rəhbərliyi ilə Xarici İşlər Naziri Sergey Lavrov, Fövqəladə Hallar Naziri Yevgeni Ziniçev, Federal Təhlükəsizlik Bürosunun rəhbəri Alexander Bortnikov və Müdafiə Naziri Sergey Şoyqunun iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə Qarabağdakı vəziyyət və görüləcək işlər müzakirə olunub. Diqqəti çəkən məqam isə Şoyqunun çıxışında səsləndirdiyi rəqəmlər və vəziyyətə münasibəti olub.

-Hər gün Rusiya Aerokosmik Qüvvələrinə məxsus 25 yukdşıyan hərbi təyyarə ilə texniki avadanlıq və materialların daşınmasına davam edilir. Üç gün ərzində 73 uçuş həyata keçirilib, 1103 hərbi qulluqçu, 1168 texnika nəql olunub-Şoyqu belə deyib.

Daha sonra o, əlavə edib ki, qaçqınların daşınması, geri qaytarılması və digər humanitar məsələlərdə problem gündən-günə artmaqdadır.

Şoyqunun raportundan həm də məlum olub ki, Qarabağda fəaliyyət göstərən Rusiya sülhməramlıları Mərkəzi Hərbi Dairənin 15-ci motoatıcı briqadasının şəxsi heyətindən təşkil olunub.

Xatırladaq ki, bu hərbi birləşmə Rusiya Silhlı Qüvvələrinin tərkibindəki yeganə sülməramlı briqadadır.

10 noyabr "Qarabağda hərbi əməliyyatların bitməsi və tam atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı"ndan çıxarış:

Maddə 3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.

 Bizim şərh: Sənəddə ümumi say 470 ədəd göstərildiyi halda, niyə bölgəyə 1168 ədəd texnika gətirilir? Hətta bunun qalan qismi Ermənistanda saxlansa belə, bu nəyin hazırlığıdır? 

Digər tərəfdən, Şoyqu humanitar vəziyyətin daha da pisləşməsindən danışarkən nə demək istədi?


  

0/Şərhlər

Previous Post Next Post