Топ-100 Rusiya hərbçilərinin növbəti hissəsi də gəldi, bəs Mehmetcik?

Rusiya hərbçilərinin növbəti hissəsi də gəldi, bəs Mehmetcik?

Bakı və Ankara istədiyini əldə edə biləcəkmi?

Bakı və Ankara istədiyini əldə edə biləcəkmi?

Rusiya sülhməramlılarının növbəti hissəsi də Xankəndinə gəlib. Şəxsi heyət ilə yanaşı, 10 noyabr protokolunda nəzərdə tutulan sayda və çeşiddə hərbi texnika da gətirilib.

Diqqət çəkən məqam bundan ibarətdir ki, bu dəfə Rusiya qoşunları Laçın dəhlizi vasitəsi ilə Ermənistan ərazisindən Xankəndinə daxil olmayıb. Sülhməramlılar Azərbaycan-Rusiya dəmiryolu xəttilə suveren ərazimizə daxil olub və buradan Bakının nəzarətində bölgəyə yollanıb.

Mehmetcik isə hələ də gəlməyib. Bu gün Ankaradan verilən məlumata görə Türkiyə və Rusiya müdafiə nazirləri Hülusi Akar ilə Sergey Şoyqu arasında telefon danışığı olub. Danışıqlarda Kremlin Türkiyə hərbçilərinin təkcə müşahidəçi qismində deyil, həm də nəzarətçi funksiya ilə regionda fəaliyyət göstəməsini qəbul etdiyi bildirilir. Bununla belə əsgərlərin Azərbaycana nə zaman gələcəyi hələ də məlum deyil.Yəni Moskva bacardığı qədər danışıqları uzadır.

Hər nə qədər bu gecikmə texniki məsələlərlə əlaqələndirilsə də, görünən budur ki, Kreml təkcə ermənilərin deyil, həm də Azərbaycan xalqının ruh halını hədəfə alıb. Belə ki, Rusiya hərbçiləri ilə eyni vaxtda Mehmetciyin də bölgəyə daxil olması, Bakıda insanların qələbəlik əhval-ruhiyyəsinə ayrı bir hava qata bilərdi. Başqa sözlə, onlara göstərilən sevgini sinirmək, Kreml üçün bir qədər çətin olardı. Unutmayaq ki, bu müharibə də tək Ermənistan deyil, həm də Yerevanın müttəfiqi kimi Rusiya da məğlub olub.

0/Şərhlər

Previous Post Next Post