Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov gələcəkdə Dağlıq Qarabağın statusunun bölgə əhalisinin etnik və dini tərkibi əsasında müəyyənləşəcəyini açıqlayıb.
Buna qədər isə Azərbaycan Respublikasının prezidenti
İlham Əliyev Dağlıq Qarabağa hər hansı statusun verilməyəcəyini deyib. Əslində imzalanmış
sənəddə də bu barədə hər hansı bir müdəa yoxdur.
Digər tərəfdən Lavrovun bəyanatına parallel olaraq,
Rusiya və Ermənistan medialarında erməni əhaliyə bölgəni tələm-tələsik tərk etməmələri
barədə çağrışlar edilir.
Bu isə vəziyyətin heç də sadə olmadığını göstərir.
Rusiya mediasının atəşkəsdən sonra Azərbaycana qarşı
daha da aqressivləşməsini rahatlıqla müşahidə etmək olar. Edgü News bunun səbəbini
ekspertimiz Şahin Əlioğlundan soruşdu. Müsahibimizin sözlərinə görə burada bir
neçə faktor mühüm rol oynaya bilər.
Birincisi odur ki, helikopter təxribatının törədilməsi ilə Rusiya bir sıra müəmmalı suallara cavab tapa bildi. Yəni Azərbaycanın vəziyyəti araşdırmadan müdafiə mövqeyi seçməsi, Moskvanın “tərəddüdünə” son qoydu. Başqa sözlə, bu "tərəddüdü" sərfəli məqam axtarmaq kimi başa düşmək lazımdır. Ən azı ona görə ki, Rusiya sülhməramlılarının dərhal bölgəyə yeridilməsi, Kremlin mövcud vəziyyətə çoxdan hazır olduğunu göstərir.
Digər bir yandan isə bilməliyik ki, bu gün müharibə cəbhədə dayanıb, amma diplomatiya masasında ən kəskin formasında davam edir. Rusiya-Ermənistan tandemi cəbhədəki məğlubiyyətini danışıqlar masasında kompensasiya etməyə çalışacaq. Ən azı ona gərə ki, ermənilər üzərində əziklik psixologiyası qalmasın. Bu gələcək naminə Kremil üçün çox vacibdir. Bunu anlamaq üçün diqqəti mühüm bir məqama cəmləşdirmək yetərli olacaq. Atəşkəs sənədində Rusiya sülhməramlılarının və texnikasının miqdarı və tərkibi aydın şəkildə qeyd olunduğu halda, bu gün Rusiya MN açıqlama yayıb ki, Xankəndi-Laçın koridoruna nəzarətə Rusiyanın döyüş helikopterləri də cəlb olunacaq. Demək istədiyim odur ki, biz Moskvanın sahəyə enməsinə şərait yaratdıq. Ruslar davamını gətirməyi bilirlər. Ona görə də ehtiyatlı olmalıyıq. Təəssüflər olsun ki, Azərbaycanda 80-ci illərin yanlışı edilir və özümüzü inandırmağa çalışırıq ki, Moskva sözünün ağasıdır və yaxud indi fərqli vəziyyətin olduğunu söyləyirik. Halbuki zaman baxımından, dəyişən heç nə yoxdur və Rusiyanın bügünkü dövlət ağlı dünənkindən fərqlənmir.
İkincisi, sabah Kremildə şahin qanad hakimiyyətə gələrsə, necə olacaq?
Üçüncüsü, dünya beynəlxalq razılaşmaların ayaq altına
alınmasına çox şahidlik edib. Bu mənada Moskva əmin olan kimi həmlədən çəkinməyəcək
və istənilən sənəd onun üçün kağız parçasından başqa bir şey olmayacaq. Düşünürəm,
rəsmi Bakı Fransa və Kanadanın bəyanatlarına göstərdiyi operativliyi Rusiyanın
şahin qanadına qarşı da sərgiləməlidir.
Rusiya mətbuatının Aərbaycana qarşı aqressivliyinin başqa bir səbəb isə Paşinyan faktorudur. Axı o, hələ də hakimiyyətdədir. Başqa sözlə, Ermənistanın Baş naziri Qarabağ müharibəsi fonunda Rusiyanın Qafqaz planlarının gerçəkləşməsində hələ də ciddi maneədir. Bu da Kremli daha kəskin ermənipərəst mövqe sərgiləməyə məcbur edir. Məqsəd həm ermənilərin Rusiyaya etibarını bərpa, həm də xalqın Nikol Paşinyana qarşı vahid cəbhədə birləşməsini təmin etməkdir. Unutmayaq ki, bütün bu ağır məğlubiyyətlərə baxmayaraq, Ermənistandakı insanların böyük əksəriyyəti Paşinyanı dəstəkləyir, - deyə Şahin Əlioğlu bildirdi.
Qeyd edək ki, yaxın günlərdə Şahin
Əlioğlunun yaranmış vəziyyətlə bağlı geniş təhlilini təqdim
edəcəyik.
Post a Comment