Топ-100 Rusiya mətbuatı da feyk xəbərlərlə məşğuldur

Rusiya mətbuatı da feyk xəbərlərlə məşğuldur


Bu gün Ermənistan mətbuatında məlumat yayılıb ki, guya Moskva rəsmi Ankaranı inandıra bilib ki, Qarabağa hərbçi göndərməsinə ehtiyac yoxdur və bununla da Türkiyə SQ-nin Qafqaza müdaxiləsinin qarşısı alınıb.

Qeyd edək ki, ermənilər bu xəbəri Kremlin şahin qanadının KİV-lərə açıqlamasına istinadən yayımlayıblar.

Xatırlatma: Dünən TBMM hərbçilərin bir illik müddətə Azərbaycana göndərilməsi haqqındakı sənədi təsdiqləyib. Həmçinin, prezident Rəcəb Rayyib Ərdoğana bu müddətin uzadılması və lazım olduqda hərbçilərdən müharib güc kimi istifadə edə bilməsi səlahiyyəti verib.

Ratifikasiya olunmuş həmin sənədi artıq prezident Rəcəb Tayyib Ərdoğan da imzalayıb. Yəni Türkiyə hərbçiləri Qafqazda gücdür.

Dünən Rusiya prezidenti Vladimir Putin də Türkiyənin Qafqazda varlığına təbii baxdığını və Türk SQ-nin harada yerləşdirilməsi məsələsinin isə Azərbaycanın suveren hüququ olduğunu deyib.

Lakin burada diqqət çəkən başqa bir məqam bundan ibarətdir ki, bu gün Rusiya senatı da Putinə bənzər səlayətlər verib.

Görünür, Kreml şahin qanadı feyk xəbərini adekvt addımla kompensasiya etməyə çalışıb.

0/Şərhlər

Previous Post Next Post