Топ-100 Səbəbi Azərbaycan hakimiyyəti və ordusu deyil

Səbəbi Azərbaycan hakimiyyəti və ordusu deyil

Ermənilər yenidən timsah göz yaşları tökməyə başladılar.

Ermənilər yenidən timsah göz yaşları tökməyə başladılar.

Ermənilər bütün dünyaya evlərinə dönə bilmədiklərini qışqırırlar. Guya, qorxduqlarını və səbəb kimi Laçın dəhlizinin yaxınlığında Azərbaycan əsgərlərinin durduğunu söyləyirlər. Həmçinin qeyd edirlər ki, çoxlarının geri qayıtmağa yeri yoxdur, çünki evləri Bakının nəzarətindəki ərazilərdə yerləşir.

Hara baxırsan, erməni təbliğatı, erməni yalanı.

Fakt budur ki, Rusiya Müdafiə Nazirliyinin statistikasına görə bir neçə min nəfər Qarabağın dağlıq hissəsinə artıq qayıdıb. Təkcə Xankəndidə onların sayı 30 mini keçib. Unutmayaq ki, ermənilərin Xocavənd bölgəsində də yerləşdirilməsi prosesi davam edir. Ancaq geri dönənlər arasında 1993-cü il işğalından sonra məskunlaşan çox sayda erməni var. Yəni demoqrafik vəziyyəti süni şəkildə ermənilərin xeyrinə dəyişmək cəhdləri var. Səbəb? İrəvanın bu istəyi anlaşılandır, bəs Moskva necə?

Yeri gəlmişkən, bütün bunlar Azərbaycan SSR-in demoqrafik xəritəsi adı altında həyata keçirilir.

Ermənilərin dönməyə yerinin olmaması barədə hay-küylərinə gəlincə, bunun səbəbi Azərbaycan hakimiyyəti və ordusu deyil. Heç kəsə sir deyil ki, ermənilər bölgəni tərk edəndə hər şeyi amansızcasına yandırdılar. Necə deyərlər, indidə öz əməllərinin qurbanına çevriliblər.

0/Şərhlər

Previous Post Next Post