Azərbaycan dost çevrəsini daha da genişləndirə bilər
-Öncə özünüz
və ailəniz barədə danışmanızı rica edərdik
- Rusiya vətəndaşıyam,
Moskvada doğulub, boya-başa çatsam da, Qərbi Azərbaycanın Ağbaba-Şörəyel
mahalındandır. Həyatımın ikinci yarısını isə İspaniyada yaşayıram.
-Avropada nə
baş verir? Fransanın timsalında bir bu qədər islamofobiya İspaniyada da mövcuddurmu?
- Fransadan
fərqli olaraq, İspaniyada, yaşadığım Kataloniya əyalətində belə bir rahatsızlıq
yoxdur. İspaniya islam mədəniyyəti ilə iç-içə yaşamağı qəbullanmış. Öz ailəm üzərindən
örnək çəkərək deyə bilərəm ki, Qərbi Afrika müsəlmanları ilə sıx əlaqələrimiz
var. Daha da konkretləşdirsək, məsələn, əhalisinin 92% müsəlman olan Seneqal
Respublikasıyla təmaslarımız mövcuddur. Bu münasibətlər həmin bölgədə
insanların işlə təminatına qədər uzayır.
-Seneqal
demişkən,qeyri-qanuni miqrasiya İspaniyaya neə təsir edir?
-Bu ürəkağrıdan
bir mövzudur. Təkcə bir fakt qeyd edim ki, bu yaxınlarda dəniz yolu ilə
İspaniyaya gəlməyə çalışan seneqallılardan 400 nəfəri öldü, yalnız 30 nəfəri
xilas ola bildi. Bu yeganə fakt deyil. İspaniyada təkcə Afrikadan deyil, Suriya
və sair kimi digər ğlkələrdən də axın var. İspaniya kimi Almaniyaya da bənzər
köç axını var. Bu insanların yerli adət-ənənə və şəraitə uyğunlaşması üçün fərqli
lahiyələr həyata keçirilir. Bununla belə, artıq bu insanların doğma
yurd-yuvalarına qaytarılması istiqamətində də müzakirələr gedir.
-Qafqazdan
necə, insanlar var?
-Şəxsən mənim
təmasda olduğum və ya tanıdığım insanlar olmasa da, amma var. Sayları çox deyil
və azərbaycanlı, gürcülərlə müqayisədə ermənilər daha çoxdur. Əsasən dənizsahili
bölgələrdə məskunlaşırlar. Ermənilər daha çox xidmət və ticarətlə məşğul
olurlar. Yeri gəlmişkən, Azərbaycan
lavaşını, gürcü xaçapurisini burada erməni mətbəxinin təamı kimi təqdim edirlər.
Azərbaycanlılara
gəlincə, Qafqazdan deyə bilmərəm, ancaq Rusiyada yaşayan azərbaycanlıların uzun
müddətdir bizim də çalışdığımız şirkətlə geniş ticarət əlaqələri olduğunu bilərəm.
-Bəs.
Ümumiyyətlə türklər var?
-Sosial şəbəkə
üzərindən tanıdığım Türkiyə türkü var. Ancaq ümumilikdə sayları barədə məlumatım
yoxdur.
-İspanların
Qarabağa münasibəti necədir?
-Bir qədər əhatəli
cavab vermək lazımdırsa, deyə bilərəm ki, Madrid və Barselonanın məsələyə
münasibəti fərqli ola bilər. İspaniya hökumətinin rəsmi Bakını dəstəkləməsi
anlaşılandır. Yeri gəlmişkən, bu Almaniya üçün də keçərlidir. Amma Kataloniya və
Bavariya əhalisi fərqli mövqe sərgiləyə bilərlər. Çünki Kataloniyanın
İspaniyadan, Bavariyanın Almaniyadan müstəqil olmaq arzularının olduğu heç kəsə
sirr deyil. Bununla belə təmasda olduğum insanlarla söhbət zamanı müşahidəm və
aldığım cavab belədir ki, insanlar hər hansı fikir söyləməyə ehtiyat edirlər. Səbəbini
Qarabağla bağlı yetərli məlumatlarının olmaması ilə izah edirlər. Bunu müsbət
hal kimi qiymətləndirmək lazımdır. Demək, Azərbaycan hökuməti burada lobbi
işini genişləndirsə və diaspora fəaliyyətini doğru-düzgün qura bilsə, dost çevrəsini
daha da genişləndirə bilər.
-44 günlük
müharibədə xeyli aktivlik göstərdiniz. Azərbaycanın haqq səsini yaşadığın bölgənin
əhalisinə çatdırmağa çatdırdınız.
-Buna təbii
baxmaq lazımdır. Bir Azərbaycan türkü kimi gücümün çatdığı qədər xalqımın
yanında olmaq, mənim üçün şərəfdir
-Müsahibə
üçün təşəkkürlər!
Post a Comment