Топ-100 SOS: Müharibənin yenidən başlanması realdırmı?

SOS: Müharibənin yenidən başlanması realdırmı?


Özünü “Qarabağ Müdafiə Ordusunun komandanı” adlandıran və general-leytenant rütbəsi daşıyan Mikael Arzumanyan adlı zat ermənilərə müraciət edib.

Müraciətində o, erməniləri müharibə ilə bağlı şayiələrə son qoymağa çağırıb.

Qeyd edib ki, sentyabrın 27-dən noyabrın 9-dək davam edən müharibədə, erməni hərbçiləri guya misilsiz müqavimət göstəriblər, amma kimlərsə onların iradəsi xaricində atəşkəs elan edib.

"Əlimizdə nə varsa, durduğumuz nöqtədən hədəflərimizi və arzularımızı reallaşdırmaq üçün israrla çalışacağıq"-Arzumanyan belə deyib.

Xatırlatma:

1.Bölgəyə sənəddə göstəriləndən fərqli olaraq, 470 yox, 1168 ədəd hərbi texnika gətirilib və ruslar artıq Xankəndinin cənubunda, yəni Şuşa tərəfdən mövqelərini möhkəmləndiriblər.

2.Yenə də sənəddə göstərilən tarixə zidd olaraq, Kəlbəcərdən ermənilərin çıxarılması gecikdirilir.

3.Rusiya MN-nin verdiyi bilgilərə görə artıq, Xankəndinə 250 ailə geri qaytarılıb. Bizim əldə etdiyimiz bilgiyə görə bu ailələr məhz Rusiyanın tələbi nəzticəsində zorla geri qaytarılıb.

Deyəsən, Rusiya bizi əməlli-başlı aldadır. Bütün bu kimi məsələlərə aydınlıq gətirmək üçün yaxında Şahin Əlioğlunun müsahibəsini təqdim edəcəyik.

0/Şərhlər

Previous Post Next Post