Топ-100 Erməni general Ermənistanı və Rusiyanı rüsvay etdi

Erməni general Ermənistanı və Rusiyanı rüsvay etdi


Bugünkü mətbuat konfransında Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Movses Hakopyan hərbi-siyasi rəhbərliyin yol verdiyi səhvlərdən danışıb.

Onun sözlərinə görə, “Tor” zenit raket kompleksi əvəzinə SU-30SM qırıcılarının alınması Nikol Paşinyanın ciddi səhvi olub. Belə ki, həmin qırıcıların bu müharibədə hansı rol oynadığı hələ də bilinmir.

Daha sonra erməni general əlavə edib ki, məsələ bundan ibarətdir ki, Rusiya qanunvericiliyi SU-30SM və uzaq mənzilli raketlərin satışını qadağan edir. Ehtimal ki, buna görə Moskva SU-30SM-nin istifadəsinə ehtiyatla yanaşıb.

Jurnalistlər satın aldığımız təyyarədən istifadə üçün niyə Rusiyadan icazə almalıyıq sualına Hakopyan belə cavab verib:

- Ermənistan Müdafiə Nazirliyinin Ermənistan Silahlı Qüvvələrinə hərbi texnika və digər silahlar almaq səlahiyyəti demək olar ki, yoxdur. Ordumuzun təhcizatına Rusiya baxır,- Akopyan belə deyib.

Qeyd: Movses Hakopyanın mətbuat konfransındakı çıxışında bizim diqqətimizi daha çox çəkən Rusiyanın beynəlxalq qaydaları ayaqları altına alması ilə yanaşı, “Bayraktarın” möcuzəli qabiliyyəti oldu. Belə ki, erməni generala görə "Pole 21" radioelektron mübarizə vasitəsi yalnız ilk günlər PUA-lara qismən mane ola bilib. Ancaq sonra “Bayraktar” bütün maneələri yan keçərək, Ermənistan SQ darmadağın edib.

 

0/Şərhlər

Previous Post Next Post