Топ-100 SU-30SM qırıcıları silah bazarında Rusiyanın nüfuzuna xələl gətirir?

SU-30SM qırıcıları silah bazarında Rusiyanın nüfuzuna xələl gətirir?

Paşinyan hakimiyyətə gələndən 1 il sonra Ermənistan SQ-in tədricən modern orduya çeviləcəyi barədə bəyanat verdi. Bu məqsədlə ordunun yeni operativ-taktiki silahlarla təchiz ediləcəyini qeyd etdi.

Həmin dövrdə ermənilər bir neçə “Tor” zenit-raket kompleksi ilə yanaşı, 4 ədəd SU-30SM qırıcıları da aldı. Hətta bir eskadrilyanın təşkili məqsədi ilə SU-30SM-lərin sayının 12 çatdırılacağını bildirirdilər.

Bundan sonra qürrələnməyə başladılar ki, onsuz da Ermənistan SQ-i bir çox parametrlər üzrə Azərbaycan ordusundan üstün idi, ZRK və SU-ların Ermənistan inventarına daxil olmasıyla iki dövlətin hərbi gücü arasındakı fərq Yerevanın xeyrinə daha da artdı. Yeri gəlmişkən, Rusiya təbliğat maşını da bu tip xəbərləri dəstəkləyirdi.

Lakin İkinci Qarabağ müharibəsi bu tip məlumatların əsassız olduğunu sübut etdi.

Qənaətimizcə, 4-cü nəsil olmalarına rəğmən, “SU” qırıcılarının modern silahlanmada yeri yoxdur. Ən azı ona görə ki, SU-57, və yaxud ABŞ-ın F22 qırıcıları kimi maskalanmaq, görünməmək xüsusiyyətləri yoxdur, radara yaxalana bilirlər. Digər yandan ağır kütləsi manevr imkanlarını məhdudlaşdırdığından, asanlıqla hədəfə çevrilə bilir.

Bu mənada general Movses Hakopyanın, mətbuata Rusiya qanunvericiliyi SU-30SM qırıcılarının satışını qadağan edir, buna görə də rəsmi Yerevan bu təyyarələrdən istifadə edə bilməzdi, açıqlaması cəfəngiyatdır. Birincisi ona görə ki, bu qanun Rusiya üçün keçərlidir.Ermənistanın üzərinə hər hansı bir məsuliyyət qoymur.İkincisi isə həmin qırıcılar Ermənistandan savayı Hindistana və müxtəlif modifiksiyalarla Venesuella, Vyetnam və digər dövlətlərə də satılıb. Təsəvvür etmək çətindir ki, bu dövlətlərdən hər hansı biri müharibə vəziyyətində SU-30-lardan istifadə üçün Moskvadan əlavə icazə istəsin.Çox güman ki, M.Hakopyan bu açıqlamanı Moskvanın basqısı altında səsləndirib və Kreml bir güllə ilə iki dovşan vurmaq istəyib.

Bununla Moskva bir tərəfdən guya Rusiyanın yeni nəsil silahlarla müharibənin aparılmasının qaşısını aldığını dünya ictimaiyyətinin diqqətinə çatdırmağa, digər yandan isə silah satışı bazarındakı mövqeyini mümkün zərərlərdən sığortalamağa çalışıb.

Əslində isə burada iki haldan söhbət gedə bilər:

Birincisi, yüksək gəlir gətirən bu təyyarələrin döyüşdə yarasızlığı Rusiyanın imicinə ciddi zərbə vura bilər, bunun qarşısı alınıb.

İkincisi, Ermənistan həqiqətən Kremlin far-postudur və Azərbaycan ordusu bu müharibədə “qüdrətli” rus ordusuna qarşı döyüşüb.

Rusiya bu iki biabırçı vəziyyətdən birini qəbul etməlidir.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də öz müsahibələrindən birində SQ-lərin inventarının yenilənməsində gərəksiz silah-sursat, döyüş texnikalarından imtina olunacağını qeyd edib.

Sonda qeyd etmək istərdik ki, İkinci Qarabağ müharibəsində “Bayraktar”ın göstərdiyi performans Türkiyənin silah bazarındakı yerini xeyli genişləndirib.

Edgu News

0/Şərhlər

Previous Post Next Post