Топ-100 TBMM sənədi qəbul etdi, Mehmetçik Qarabağa gəlir

TBMM sənədi qəbul etdi, Mehmetçik Qarabağa gəlir

Türkiyə Böyük Millət Məclisində Türk əsgərlərinin Qarabağa göndərilməsi ilə bağlı olan hərəkət planı sənədi müzakirə olundu. İclasda İYİ partiyasından Əhəd Andican, MHP-dən İsmayıl Özdəmir, HDP-dən Tulay Oruç, CHP-dən Ahmet Ünal Çevikgöz, AK partiyasından İsmət Yılmaz çıxış etdilər. Daha sonra sənəd səsverməyə təqdim olundu. Tezkere məclis üzvlərinin səs çoxluğu ilə qəbul olundu. Müddəti bir ildir. Amma bundan sonra müddətin uzadılmasına ehtiyac yarandıqda, yenidən TBMM-də baxılmayacaq, bu sənədlə həmin hüquq prezident R.Ərdoğana tanınmış oldu. Həmçinin, eytiyac yarandıqda, müharib güc kimi sahəyə enə biləcək.

Xatırladaq ki, HDP xaricində bütün partiyalar sənədə razılıq bildiriblər.

Beləliklə, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Mehmetçik tezliklə Qarabağda olacaq.

 

0/Şərhlər

Previous Post Next Post