Топ-100 Təslim aktına ilkin baxış və ya rahatsızlıq doğuran məqamlar

Təslim aktına ilkin baxış və ya rahatsızlıq doğuran məqamlar


İlk öncə “Edgü News” olaraq xalqımızı Qələbə münaibəti ilə təbrik edirik!

İndi isə müharibənin başa çatmasını nəzərdə tutan  təslim sənədinin ümumi müəddalarını, gəlin, soyuqanlı təhlil etməyə çalışaq.

İlk öncə onu qeyd edək ki, Ağdam, Kəlbəcər, Laçının  güllə atmadan, qan tökülmədən geri alınması ordumuzun cəbhədəki qələbəsinin diplomatiyadakı davamı kimi başa düşülməlidir.

İkinci uğurumuz isə hər nə qədər sənəddə təsbit olunmasa da sülhməramlı qüvvələrin tərkibində ruslarla birgə Türkiyə mehmetçiyinin olmasıdır.

Digər xoş nəticə isə ondan ibarətdir ki, Dağlıq Qarabağa hər hansı bir status verilməyəcək.

Bununla belə, hesab edirik ki, sülh müqaviləsi mexanizminin detallarının işlənməsində xüsusi diqqət yetiriləcək məqamlar var.

1.     1. Sülhməramlı adı altında Azərbaycana gələcək Rusiya hərbçilərinə hansı status tanınacaq? Yəni Rusiya sülhməramlılarının fəaliyyəti necə tənzimlənəcək, ona tanınan hüquq, vəzifələr Azərbaycan Respublikasının Konstitusiyasına nə qədər uyğun olacaq?

2.     2 Sənəddə nəzərdə tutulan “Dağlıq Qrabağda təmas xətti” anlayışı altında nəyin nəzərdə tutulduğu da önəmlidir.

3.      3. Rusiya hərbçiləri Xankəndi-Ermənistan yoluna nəzarəti tək, yoxsa, Türkiyə hərbçiləri ilə birgə həyata keçirəcək? Belə ki, Türkiyə sülhməramlılarının Şuşada, Rusiya sülhməramlılarının isə Xankəndində yerləşdirilməsi doğru olmazdı. Çünki belə bir vəziyyət Xankəndinə geri qayıdacaq Azərbaycanlı əhalinin təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət kəsb edəcək. Əks-təqdirdə bu təhlükəsizlik xeyli həssas vəziyyət yarada bilər.

4.     4. Ermənistandan Xankəndinə daşınacaq yüklərin təhlükəsizliyindən necə əmin olunacaq? Belə bir hüququn təkbaşına Kremlə verilməsi arzuolunmazdır. Axı heç kəsə sirr deyil ki, təkcə son 3 ayda təsərrüfat malları adı altında Rusiyadan Ermənistana nə qədər silah-sürsat daşınıb.

5.     5. Digər bir önəmli məqam Xankəndində idarəçilik və orada hüquq-mühafizə orqanlarının təyinatı hara bağlı olacaq? Əgər bu hüquq Moskvada deyil, Bakıda olacaqsa, onda zəfərimiz həqiqətən taclanmış olacaq.

6.     5. Həmçinin, Xankəndində idarəetmədə Azərbaycanlıların faizlə payı nə qədər olacaq? Bu da diqqətə alınması gərəkən başqa bir məsələdir.

7.     6. Ən nəhayət, Xocalının durumu və reparasiya məsələri necə həll olunacaq?

8.     Əslində təzminat məsələsinin gündəmə gəlməsi ilə, Naxçıvanla quru yoluna nəzarətə Rusiya ilə birgə Türkiyə hərbçilərinin iştirakı da təmin edilə bilərdi.

Bu arada Rusiya silahlıları artıq Gorus tərəfdən Xankəndinə doğru yola düşüblər.

Mətbuatda Türkiyə hərbçilərinin də Azərbaycana yola çıxdığı qeyd olunur. Lakin bu fakt hələ ki, təsdiqlənməyib.

Diqqətə çatdırmaq istədiyimiz başqa bir məqam da var.

Əziz soydaşlar, bundan sonra daha ayıq-sayıq olmalıyıq. Çünki ermənilər heç zaman bu məğlubiyyəti sinirə bilməyəcəklər və bizə qarşı hər cür təxribata əl ata bilərlər.

Vəziyyətin kövrəkliyi həm də onunla bağlıdır ki, Ermənistanda hakimiyyət dəyişikliyi olarsa, imzalanmış sənədi tanımama ehtimalı mümkündür.

İstənilən halda, bu gün mübarək bir gündür və xalqımızı qələbə bayramı münasibəti ilə təbrik edirik!

 

0/Şərhlər

Previous Post Next Post