Топ-100 Türkiyə-Rusiya danışıqları rahatsız olmağa əsas verirmi?

Türkiyə-Rusiya danışıqları rahatsız olmağa əsas verirmi?


Aldığımız bilgilərə görə Türkiyə-Rusiya arasındakı müzakirələr olduqca gərgin bir atmosferdə gedir. Ruslar cəbhədə əldə etdiyimiz uğurları görməzdən gəlir və Azərbaycandan güzəştlər tələb edir. Görüşdəki gərginlik artıq ictimaiyyətə də məlumdur. Bunu Türkiyə Savunma Bakanlığı sözcüsünün bugünkü açıqlamasından da anlamaq mümkün idi.

Mətbuat katibi atəşkəs sənədinin şərtlərinin yerinə yetirilməsi, işğal altındakı bütün torpaqların Azərbaycana qaytarılması və bölgədə əmin-amanlığın bərqərar olması üçün Türkiyənin əlindən gələni əsirgəməyəcəyini dedi. Daha sonra o, əlavə etdi ki, Azərbaycanı ən kiçik güzəştlərə məcbur etmə cəhdlərinə imkan verməyəcik və tərəddüd etmədən lazım olan bütün dəstəyi göstərəcik.

Bu arada "Yexikner" erməni silahlı dəstəsi Qarabağdan çıxmayacağını bir daha bəyan etdi.

Xatırladaq ki, Şoyqunun Putinə verdiyi bilgiyə görə bölgəyə üç gün ərzində 1168 ədəd hərbi texnika daşınıb. Ən qəribəsi erməni mənbələri sülhməramlıların şəxsi heyətinin sayı barədə yazsalar da, bölgəyə daşınan texnikanın sayını göstərmirlər. Sadəcə, rus hərbçilərinin dislokasiya prosesini Xankəndinə demarşı kimi qələmə veriblər.


0/Şərhlər

Previous Post Next Post