Топ-100 Yerevan təslim aktını imzaladı | Yenilənəcək.

Yerevan təslim aktını imzaladı | Yenilənəcək.


Ermənistanın və xarici mətbuatın yaydığı məlumata görə bu gecə saat 01:00-da Ermənistan təslim aktını imzalayıb. Mətbuatda Nikol Paşinyanın Ermənistan xalqına müraciəti də dərc olunduğu bildirilir.

Müraciətdə deyilir:

”Əziz, həmvətənlər! Bu gecə Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Prezidentləri ilə birgə ölkəmiz üçün ağır olan bir sənədə imza atdım. Sənədin detalları irəli zamanda açıqlanaq.”

Türkiyə mətbuatının yazdığına görə ermənilər Ağdam, Kəlbəcər və Laçından qoşunlarını çıxaracaq. Bölgəyə Rusiya və Türkiyə hərbçilərindən ibarət sülhməramlılar gətiriləcək. Azərbaycan tərəfindən hələlik bu məlumat təsdiqlənməyib.

Xatırladaq ki, Şuşa işğaldan azad olunandan dərhal sonra Türkiyə Cümhuriyyətinin Başkanı Recep Tayyip Erdoğan və Rusiya Federasiyasını prezidenti Vladimir Putin arasında telefon danışığı olmuşdu.

Danışıqda Erdoğan Putinə təslim aktının texniki detallarının işlənməsini təklif bildirmiş və Rusiya prezidenti öz razılğınıifadə etmişdi.

P.S. Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciəti gözlənilir.


0/Şərhlər

Previous Post Next Post