Топ-100 2020-ci ildə nələr oldu?

2020-ci ildə nələr oldu?

Ötən ilin mühüm hadisələri...

Ötən ilin mühüm hadisələri...

Tezliklə 2020-ci il arxada qalacaq və 2021-ci ilə qədəm qoyacıq. Bəs 2020-ci ildə hansı mühüm hadisələr olub?

Bizim diqqətimizi çəkən olayları təqdim edirik:

Yanvar ayında;

1.Türkiyə ilə Liviya arasında razılaşma imzalandı. Buna cavab olaraq, Fransa, Cənubi Kipr və Yunanıstan Ankaraya qarşı cəbhə aldı. Avropa Birliyi üçlüdən yana mövqe tutdu.

2.ABŞ İranlı general Qasım Süleymanini qətlə yetirdi.

3. Yanvar ayının 8-də İran Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsini raketlə vurdu. Nəticədə 176 nəfər öldü.

Fevral ayında;

1. ABŞ Prezidenti Donald Trampa qarşı Senatda impiçment elan edildi. Səsvermədə 48 senator Trampın suçlu, 52-si isə suçsuz olduğuna qərar verdi.

2. Fevralın 27-də Suriyanın İdlib şəhərində Türkiyə hərbçilərinə hücum oldu, 33 əsgər öldürüldü. Türk Silahlı Qüvvələri dərhal “Fərat Qalxanı” əməliyyatına başladı.

Martın 17-də NATO Şimali Makedoniyanı üzv etdi.

Aprel ayında;

1. ABŞ Dünya Səhiyyə Təşkilatı üzvülüyündən çıxdığını elan etdi.

May ayında;

1. Astronomlar dünyaya ən yaxın qara dəliyi kəşf etdilər. Bu qara dəlik bizdən təxminən 1000 işıq ili uzaqdır.

İyun ayında;

1. İyun ayının 15-də Türkiyə Müdafiə Nazirliyi Pençe-Kartal əməliyyatı çərçivəsində Şimali İraqdakı Sincar, Karacak, Kandil, Zap, Avaşin Basyan və Hakurk'a qarşı hava əməliyyatlarına start verdi.

İyul ayında;

1. İyulun 12-də ermənilərin Tovuz təxribatı oldu. Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurmada nəticəsində 2 nəfər həlak oldu.

2. 86 il sonra, İyulun 24-də da Ayasofiyada ilk cümə namazı qılındı.

Avqust ayındada;

1. Avqustun 4-də da Livanın paytaxtı Beyrutda şiddətli partlayış oldu, 220-dən çox adam öldü. Ermənistan evsiz qalmış Livanlıların bir qismini işğal altındakı torpaqlarda məskunlaşdırdı.

2. Avqustun 13-də ABŞ-ın vasitəçiliyi ilə İsrail ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik münasibətlər quruldu.

Sentyabr ayında;

1. Sentyabrın 4-də ABŞ prezidenti Donald Trampın iştirakı ilə Kosovo və Serbiya liderləri "İki ölkə arasında iqtisadi əlaqələrin normallaşmasına dair müqavilə" sənədini imzaladılar.

2. Dağlıq Qarabağda qarşıdurmalar şiddətləndi. Ermənistan 18 yaşdan yuxarı kişilərin ölkədən çıxmasını qadağan etdi. II Qarabağ müharibəsi başladı.

Oktyabr ayında;

1. Paris yaxınlığında bir şəhərdə Samuel Paty adlı tarix müəllimi Məhəmməd peyğəmbərin karikaturasını göstərdiyinə görə başı kəsildi. Hadisədən şübhələnən 18 yaşlı Çeçen polis əməliyyatı zamanı öldürüldü.

2. Oktyabrın 8-də Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) sərhədləri içərisində olan və 46 il qapalı olan Maraşın bir hissəsi xalqa açıldı.

3. Oktyabrın 26-da ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Ayın Günəşə tərəf olan səthində su tapdığını elan etdi.

Noyabr ayında;

1. Noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirildi. Demokrat Partiyasının namizədi Joe Biden ölkənin 46-cı prezidenti oldu.

2. Noyabr ayının 9-da Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan Dağlıq Qarabağdakı münaqişələrə son qoymaq barədə razılığa gəldilər. Razılaşma Yerevanda etirazlara və siyasi böhrana səbəb oldu.

3. Noyabrın 25-də əfsanəvi argentinalı futbolçu Diego Armando Maradona 60 yaşında vəfat etdi.

Dekabr ayında;

1. Dekabr ayının 8-də İngiltərədə Covid-19-a qarşı kütləvi peyvənd kampaniyası başlanıldı. Bütün sınaqlardan uğurla keçmiş peyvənd 90 yaşlı Margaret Keenan üzərində tətbiq olundu. 

0/Şərhlər

Previous Post Next Post