Топ-100 3.763 nəfərin heç bir əlaqəsi yoxdursa...

3.763 nəfərin heç bir əlaqəsi yoxdursa...

Durmaq olmaz, yola davam...

Durmaq olmaz, yola davam...

Azərbaycan xalqı Rusiyanın "sülhməramlı" statusu altında bölgəyə gəlməsinə ilk gündən razı deyildi. Sadəcə, xalq Azərbaycan Respublikası Prezidentinin ruslara göstərdiyi etimada görə Moskvanın bölgədə varlığını qəbullandı.

Görünür, ruslar yenə də XX əsr düşüncəsi ilə hərəkət edirlər, bölgədə möhkəmləndikcə, Azərbaycan üzərində basqını artıqmaq niyətinə düşüblər. Amma bu onlara baha başa gələcək. Çünki bu gün Azərbaycanda ictimaiyyətin sərt mövqeyini nəzərə alan qətiyyətli siyasi iradə və bu iradənin əmrlərini hər an gerçəkləşdirməyə müvəffəq olan qüdrətli Azərbaycan ordusu var. Ona görə də ruslar ayaqlarını yorğanlarına görə uzatmalıdırlar. Qeyri-qanuni fəaliyyətlərinə son qoymalı, statusundan artığına can atmamalıdır, yoxsa, itirəcəyi çox şey olacaq. Biz isə xalq olaraq, ayıq-sayıq və güzəştsiz mövqeyimizdən geri çəkilməməliyik. Unutmayaq ki, "sülhməramlılar" üzərində ictimai basqını artırmağımız hərbi-siyasi rəhbərliyimizin də mövqeyini gücləndirir.

Bu arada “Edgu News”un əldə etdiyi məlumata görə Qarabağın dağlıq bölgəsinə köçürülən 3.763 erməninin Qarabağla uzaqdan-yaxından əlaqəsi yoxdur.

7.780 nəfər isə 30 illik işğal dövründə burada məskunlaşdırılmış insanlardır. İnanmaq istərdik ki, Azərbaycan “3X” bölgəsində hakimiyyətini tam bərqərar etdikdən sonra bu məsələni yenidən gündəminə alacaq.

0/Şərhlər

Previous Post Next Post