Топ-100 Anna Hakopyan Xankəndinə gəlmək istəyir?

Anna Hakopyan Xankəndinə gəlmək istəyir?

Ermənilər niyə "Mənim addımım"a qarşıdırlar?

Ermənilər niyə "Mənim addımım"a qarşıdırlar?

Hakim partiya Xankəndində yeni il tədbiri və yarmarkası keçirməyi planlaşdırırdı.  Lakin sosial şəbəkələrin erməni seqmentində başlayan etiraz bu aksiyanı həyata keçirməyə mane olub. Elə bu dəqiqə Xankəndində bəzədilən Şam ağacını və quraşdırılan çadır yarmarkanı sökməyə başlayıblar.

Mediaya sızan xəbərə görə tədbir “Mənim addımım” fondu tərəfindən təşkil olunubmuş və bu mərasimdə Ermənistan baş nazirinin həyat yoldaşı Anna Hakopyanın iştirakı gözlənilirmiş.

Xankəndi bələdiyyəsinin sədr müavini Suren Tamrazyan bəyan edib ki, vətəndaşlar bu tədbirin əleyhinə olduqları üçün Valeks otelinin həyətində quraşdırılmış çadırlar və Milad ağacı sökülüb.

Mətbuata həm də məlum olub ki, Xankəndi ilə yanaşı Ermənistanda da bənzər tədbirlər keçiriləcəkmiş. Dağlıq Qarabağdan Ermənistana köçürülmüş 2-6 yaş arası uşaqlar üçün yeni il tədbirləri İrəvan, Şirak, Lori, Sünik və s. bölgələrdə də təşkil ediləcəkmiş.

Burada diqqəti çəkən məqam bundan ibarətdir ki, əgər ermənilər etiraz etməsəydi, Anna Hakopyan Xankəndinə gələcəkdimi və necə?

0/Şərhlər

Previous Post Next Post