Топ-100 Bu şəhər ermənilər üçün mehrabdır.

Bu şəhər ermənilər üçün mehrabdır.

Bu ərazilərə nəzarət kimdə olacaq?

Bu ərazilərə nəzarət kimdə olacaq?

Laçının azad edilməsindən sonra artıq bütün diqqət Xocalı, Xankəndi, Xocavəndə yönəlməlidir. Səbəbi çox sadədir.

Xocalı strateji cəhətdən mühüm əhəmiyyət kəsb edir. Ona görə ki, burada hava limanı var. Həmin hava limanı nəzarətsiz qaldığı təqdirdə ermənilər oraya rahatlıqla silah-sursat daşıya bilərlər. Birgə yaşayışdan söhbət gedirsə, gələcəkdə ölkə daxilində sabitliyi poza bilərlər. 80-ci illərdə avtobusda törətdikləri partlayışı, axı, unutmamışıq.

Xankəndinə gəlincə, bu şəhər ermənilər üçün mehrabdır. Digər yandan Qarabağın dağlıq hissəsinə nəzarətin təmin edilməsi ilə beynəlxalq hüquqda təsbit olunmuş sərhədlərimiz üzərində suveren haqlarımız tamamilə bərqərar olacaq.

Xocavəndə gəlincə, bu şəhərin ermənilər üçün mühüm psixoloji əhəmiyyəti var. Ən azı ona görə ki, onların əfsanəvi adlandırdığı «Martuni alayı”nın adı burayla bağlıdır. Baxmayaraq ki, Sentyabrın 29-da həmin hərbi birləşmə silahlı qüvvələrimiz tərəfindən darmadağın edilib, amma baza hələ də qalmaqdadır. Bir məlumata görə birinci Qarabağ döyüşünün iştirakçısı, Amerika vətəndaşı Arşuan Badasyan hələ də oradadır. Xatırladaq ki, Azərbaycan Respublikasının prokurorluğu cinayət məcəlləsinin 214, 279, 318-ci maddələri üzrə cinayət işi açıb.

Ona görə də bütün diqqət Xocalı, Xankəndi, Xocavəndə yönəlməlidir. Bu ərazilərə nəzarəti Rusiyaya etibar etmək olmaz. 


0/Şərhlər

Previous Post Next Post