Топ-100 Ermənistanda hakimiyyət tezliklə dəyişə bilər

Ermənistanda hakimiyyət tezliklə dəyişə bilər

Azərbaycan isə qərar verməkdə gecikir...

Azərbaycan isə qərar verməkdə gecikir...

Hadisələrin son inkişaf şəkli göstərir ki, II Qarabağ müharibəsində ermənilərin məğlubiyyətini tək bu xalq deyil, Mokvanın bəlli şahin qanadı da sinirə bilmir. Bu qrupun Putin üzərində təzyiqi xeyli artıb. Yaxın vaxtlarda həm Kreml, həm də Yerevanda rahatsızlığa səbəb olacaq gəlişmələr ola bilər.

Əldə etdiyimiz bilgiyə görə hazırda Ermənistanda Rusiya və Qərb meyilli qüvvələr arasındakı mübarizə yeni fazaya qədəm qoyur. Moskvanın çevrilişinə mane olmaq üçün qərbpərəst qüvvələr yeni gedişlərə əl atmaqdadırlar. Belə ki, Paşinyan hakimiyyətinə real təhlükə yarandığı təqdirdə hakimiyyətdaxili çevrilişə əl atılacaq.  İstənilən halda yeni hakimiyyət yeni vəziyyət və imzalanmış sənədin tanınmaması təhlükəsini də özündə gətirəcək.

Bu arada hər nə qədər mediada bu qarşıdurma Qərb və Rusiya meyilli qüvvələr arasındakı mübarizə kimi təqdim olunsa da, əslində bir tərəfdə Rusiyanın dəstəklədiyi Qarabağ klanı, digər yandan isə Qərbin dəstəklədiyi Ermənistan erməniləri durur. Bu mənada xalqımız Rusiyanın “sülhməramlı” missiyasına qarşı ayıq-sayıq olmalıdır.

Həm Ermənistanda vəziyyətə nəzarət etmək, həm də Qarabağda mövqeyini gücləndirmək üçün Moskvadan Ermənistana əlavə qüvvələrin göndərilməsinə start verilib.

Diqqət çəkən digər bir məqam isə ərəb mediasında Kremlin ərəb dünyasından muzdlu döyüşçülər toplaması barədə xəbərlərin dərc olunmasıdır. Təbii ki, Moskva bu güclərdən Ermənistanda istifadə etmək niyyətində deyil. Bir sözlə, Qərb və Rusiya ermənilərə sevgilərini sübut etmək üçün yenidən siyasi kart kimi Qarabağdan istifadə etmək istəyir.

Rəsmi Bakı isə Türkiyə əsgərlərinin harda, nə qədər, hansı səlahiyyətlər çərçivəsində fəaliyyət göstərməsi barədə düşünür...

0/Şərhlər

Previous Post Next Post