Топ-100 Ermənistanda müxalifət Paşinyanı yıxmağın alternativ yolunu tapıb?

Ermənistanda müxalifət Paşinyanı yıxmağın alternativ yolunu tapıb?

Paşinayan ətrafında oyunlar qızışır…

Paşinayan ətrafında oyunlar qızışır…

Ermənistan mediasının xəbərlərinə görə Paşinyana qarşı mitinqlər yenidən vüsət alıb. Etiraz aksiyasının hökumət binasının yaxınlığındakı Respublika Meydanında təşkil olunduğu bildirilir. Məqsəd hökumətin binasını mühasirəyə almaq və ələ keçirməkdən ibarətdir.

İnsanlar ölkənin müxtəlif bölgələrindən Yerevana axın edir.

Belə bir cəhdin qarşısını almaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşları kütləvi şəkildə hökumət binasının ərtafında cəmləşiblər.

Hər nə qədər Paşinyanın istefasını tələb edənlərin sırasına tələbələr, müəllimlər, elm, idman, mədəniyyət nümayəndələri qoşulsa da, erməni ekspertlər bu gücün Baş naziri yıxmaqda yetərli olmayacağını bildirirlər.

Buna görə də müxalifət alternativ varianta əl atmaq niyyətindədir.

Parlamentdəki müxalif liderlərdən biri Edmon Marukyan, dövlət başçısına aid bütün hüquq və vəzifələri, həmçinin, dövlət adından danışmaq və görüşlər keçirmək səlahiyyətini yenidən prezidentə qaytarmağı təklif edib.

Nikol Paşinyan MDB sammitində iştirak etməməklə, əslində idarəçilik qabiliyyətini itirdiyini göstərdi,-E.Marukyan belə deyib.

0/Şərhlər

Previous Post Next Post