Birinci mərhələdə vaksinlər səhiyyə işçilərinə tətbiq ediləcək ?
Dünyanın bir çox ölkələri COVİD-19 virusuna qarşı
kütləvi vaksinasiya prosesinə hazırlaşır.Peyvəndləmə mərhələsi 2021-ci ilin birinci
rübündən etibarən həyata keçiriləcək.Lakin Kanada da vəziyyət fərqlidi.Ontorio,
Ottava və Toronto gələn həftədən kütləvi peyvəndləmə tədbirinə start verəcək. Pfizer
vaksinləri ilkin mərhələdə tibb işçilərinə, qocalar evi və buna bənzər digər
risk qrupuna daxil olan strukturlarda tətbiq ediləcək. Kanada səhiyyəçilərinin
bildirdiyinə görə 90 min Pfizer vaksini alınaraq, 13 xəstəxanaya göndəriləcək.Dekabr
ayının sonuna qədər adı çəkilən şəhərlər üçün 30 mindən 85 min doza qədər
Moderna vaksinləri də alınacaq.
Post a Comment