Hansı komandalar “play-off” mərhələsinə yüksəldi?
Real Madrid doğma divarlar
arasında taleyüklü oyuna çıxıb.Madrid təmsilçisi oyundan 2-0 hesablı qələbə ilə
ayrılıb.Qolların hər ikisini Kərim Benzema qeyd edib.Beləliklə Fransız oyunçu
turnirdəki qollarının sayını 4-ə çatdırıb.
UEFA Çempionlar liqasında “play-off”
mərhələsinə vəsiqə qazanan komandalar müəyyənləşib.Öz qruplarını birinci sırada
bitirən Bayern Münhen, Real Madrid, Mançester Siti, Liverpul, Çelsi, B.Dortmund,
Yuventus və PSJ növbəti tura yüksəlib.”Play-off” mərhələsinə vəsiqə qazanan
qrup ikinciləri isə sırasıyla Atletiko Madrid, Mönşenqladbax, Porto, Atalanta,
Sevilya, Latsio, Barselona və Leipziq olub.
3-cü yerə sahiblənərək, UEFA
Avropa liqasına adını yazdıran komandalar aşağıdakılardır:
Salzburq, Şaxtyor Donetsk,
Olimpiyakos, Ayaks, Krasnodar, Brüj, Dinamo Kiyev, Mançester Yunayted
Post a Comment