Топ-100 İnternet pulsuzmu olacaq?

İnternet pulsuzmu olacaq?

Yerin orbitində 42 min ədəd peyk...

Yerin orbitində 42 min ədəd peyk...

“SpaceX” şirkəti ötən ay yeni proyektinə start verdi.Elon Maskın mətbuata verdiyi məlumata görə 42 min ədəd peyk yerin orbitinə buraxılacaq.Bu da indiyədək buraxılan peyklərin sayından dəfələrlə çoxdur.Bu peyklər 2027-ci ilə qədər göndəriləcək.Qarşıdakı iki-üç ildə hər ay 60 ədəd “Starlink”, sonrakı illərdə isə ayda iki dəfə olmaqla 120 ədəd “Starlink”  aparatı yerin ətrafında uçacaq.Ekvator xəttinin uzunluğunun 40076 km olduğunu nəzərə alsaq, təqribən hər bir km-ə bir peyk yerləşdiriləcəyini demək olar.Səbəb? Dünyanın hər bir nöqtəsini internetlə təmin etməkdir.Bu proyekti reallaşdırmaq üçün 10 milyard dollar pul xərclənəcək.Çünki okeanlar vasitəsi ilə materikləri birləşdirmək üçün fiber optik xətlər 150 milyard dollar məsrəf tələb edir.Və bu xətlər böyük zəhmət bahasına başa gəlir.

“Starlink” peykinin digər peyklərdən fərqi nədir?

Bu peyklər yer səthinə digərlərindən daha yaxın olacaq.Və dünyanın hər yerini internetlə təmin edəcək. 1 gbps sürəti hədəfləyən yeni texnologiya, eləcə də həm fiber xətli internetdən, həm də digər peyk internetindən dəfələrlə sürətli olacaq.Xidmətin pulsuz olacağına inanmaq çətin olsa da Elon Mask mətbuata belə bir açıqlama verdi.”Pulsuz ola bilər, lakin olmaya da bilər.Əsas odur ki, indiki qiymətindən dəfələrlə ucuz, keyfiyyətli və fasiləsiz olacaq”-o, bildirib. Mask əldə edilən gəliri Mars planeti ilə bağlı proyektlərinə xərcləyəcəyini də dilə gətirib.

 


0/Şərhlər

Previous Post Next Post