Топ-100 Kimlər Rusiyanın sülhməramlı missiyasına inanır?

Kimlər Rusiyanın sülhməramlı missiyasına inanır?

Sorğumuzun nəticəsi | ŞOK

Sorğumuzun nəticəsi
| ŞOK

Qeyd etdiyimiz kimi neçə gündür ki, 17 nəfər könüllü ilə Azərbaycanın 9 şəhərində sorğu keçirirdik. Artıq sorğunu yekunlaşdırıb, nəticələrini təhlil etmişik.

Rəyi soruşulanlara bir-biri ilə əlaqəli olan 4 sualla müraciət etdik ki, analizimizi düzgün apara bilək. Xatırladaq ki, respondentlərimizdən hər sualın niyəsini soruşsaq da, sizi yormamaq üçün yalnız sualların birbaşa cavablarını təqdim edirik.

Sorğu Azərbaycanın 10 şəhərində-Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Beyləqan, Tovuz, Şəki, Xaçmaz, İmişli və Lənkəranda keçirildi.

Suallar isə bunlardır:

1.   1. 10 Noyabr razılaşmasını Azərbaycanın Ermənistan üzərində möhtəşəm qələbəsi kimi qiymətləndirirsinizmi?

2.   2. Sülhün təminatçısı kimi Rusiya sülhməramlılarına inanırsınızmı?

3.  3. Qarabağın təhlükəsizliyində Türkiyə silahlı qüvvələrinin iştirakını vacib hesab edirsinizmi?

4.   4. Ermənilərlə sülh şəraitində birgə yaşayışa inanırsınızmı?

İlİ  Qeyd edək ki, sorğuda iştirak edənlərin 54% kişi, 46 faizi isə qadındır.

Yaş qrupuna görə 18-33 yaş arası 42%, 33-55 yaş arası 39%, 55 yaşdan yuxarı olan respondentlərin sayı isə 19% təşkil edir.

Təhsil səviyyəsinə görə rəyi soruşulanların 49% orta, 18% orta ixtisas, 33% isə ali təhsillidir.

Təhsil dilinə görə 73% azərbaycan,  27% isə rus dillidir.

Sosial statusuna görə 42 % işləyənlərdən, 27% müvəqqəti işləmir, 31% isə işləməyənlərdən ibarət idi.

Mədəni durumuna görə isə 76% evli, 24% subaylardır.

Sorğuda 2361 nəfər iştirak edib. Yuxarıda qeyd etdiyimiz bütün parametrlər üzrə təhlillər aparmışıq. Oxucularımızı rəqəmlərlə yormamaq üçün qısa məlumatı həm qrafikdə. Həm də yazılı təqdim edirik.


1.   10 Noyabr razılaşmasını Azərbaycanın Ermənistan üzərində möhtəşəm qələbəsi kimi qiymətləndirirsinizmi?-sualına respondentlərin 88,47% hə, 2,49% yox, 9,04% isə bilmirəm və ya heç bir fikrim yoxdur şəklində cavab verdi.

“Yox” cavabı verənlərin əksər çoxluğu 33-55 və 55 yaşın üzərində olanlardır.

2.   Sülhün təminatçısı kimi Rusiya sülhməramlılarına inanırsınızmı?-sualına rəyi soruşulanların 89,28% yox, 3,17% hə, 7,55% isə bilmirəm və ya heç bir fikrim yoxdur şəklində cavab verib.

Yox cavabı verən 18-33 yaş arası insanlar səbəb kimi Rusiyanın qeyri-adekvat fəaliyyətini göstərirlərsə, 33-55 yaş arası insanlar daha çox təcrübə və keçmişdə yaşadıqlarına istinad edirdilər.

Rusiyaya güvənənlər arasında daha çox 55 yaşın üstündə olanlardır. 18-33 yaş arasında olanlar isə ikinci yerdə gəlirlər.

3.   Qarabağın təhlükəsizliyində Türkiyə silahlı qüvvələrinin iştirakını vacib hesab edirsinizmi?-sualına 93,5% yurdaşımız hə, 1,56% yox, 4,94% isə bilmirəm vəya heç bir fikrim yoxdur cavablarını veriblər.

Rus dilində təhsil görmüş vətəndaşlarımızın demək olar ki, tam əksəriyyəti bu suala “hə” cavabı veriblər.

Dördüncü sualımıza gəlincə, əslində onu 1-ci və 2-ci sualların təhlilini doğru-düzgün aparmaq üçün vermişik.

4.   Beləliklə, Ermənilərlə sülh şəraitində birgə yaşayışa inanırsınızmı?-sualına respondentlərimizin 11,01% hə, 84,12% yox, 4,87% isə bilmirəm və ya heç bir fikrim yoxdur kimi cavab veriblər.

Bir xatırlatma. Neqativ cavab verənlərin 64%-i ermənilərin bunu istəmədiyi ilə, 25% ermənilərə inanmadıqları ilə, 11% isə yaxınlarının itkisi ilə əlaqələndiriblər.  

Bütün istiqamətlər üzrə aparılmış təhlillərimizi yekunlaşdırmış olsaq, xalq Azərbaycan Respublikasının prezidentinə inanır. 10 noyabr razılaşmasına müsbət yanaşsa da, Rusiyanın sülhməramlı kimi vasitəçilik missiyasına şübhə ilə yanaşır. Bölgədə əmin-amanlığın bərqərar olmasına, Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşməsinə inanırlar.

 P.S. Xatırladaq ki, sorğu qarantin rejiminə riayət edilməklə keçirilib.

0/Şərhlər

Previous Post Next Post