Топ-100 Mask altı dedi

Mask altı dedi

BKS-da intensiv hazırlıq

BKS-da intensiv hazırlıq

Amerikalı milyarder və “SpaceX”in sahibi Elon Mask gələcək proyektləri ilə bağlı bəzi açıqlamalar verib.O, 6 il ərzində Marsa insan göndərəcəyini söyləyib.Bildirib ki, yaxın 2 ildə insansız, 2025-ə qədər isə ilk insan heyətini göndərmək niyətindədir.

ABŞ-ın Kaliforniya əyalətinin Hautorn şəhərində yerləşən “SpaceX”in sahibi Elon Mask, Marsa ilk insan səyahətinin tarixini açıqlayıb. Almaniyanın paytaxtı Berlində təşkil olunmuş “Aksel Sprinqer Avards” tədbirində çıxış edən Mask, səyahətin 6 il içində reallaşacağına diqqət çəkib.

Xatırladaq ki, Maska məxsus “SpaceX” tərəfindən istehsal olunan “Kryu Draqon” kapsulası sınaqlara başlayıb. Bu yaxınlarda isə NASA-dan Maykl Hopkins, Viktor Qlover, Şanon Ualker və Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyindən (JAXA) olan Soişi Noquçi, “Kryu Draqon” kapsulu ilə Beynəlxalq Kosmik Stansiyaya göndəriliblər.Bu kapsula böyük yükdaşıma xüsusiyyətinə malikdir.


0/Şərhlər

Previous Post Next Post