Bəs, Tehran-Antaliya-Van xətti
necə?
Bu gün MİT İranın Türkiyədəki
kəşfiyyat şəbəkəsinə qarşı əməliyyat keçirib. Nəticədə 11 nəfər ələ keçirilib.
Tutulanların İran kəşfiyyatçısı, narkotika alverçisi Zindaşti ilə əlaqəli
olduqları bildirilir.
Əməliyyata İranlı müxalif
Habib Şaabın ortadan yox olması ilə start verilib. Belə ki, İsveçdə 14 illik mühacir həyatı
yaşayan H.Şaab Türkiyəyə səfəri zamanı qəfildən yoxa çıxır. Şaabın axtarışı
MİT-i İran kəşfiyyat şəbəkəsinin üzərinə gətirib çıxarır.
Məlum olub ki, İran kəşfiyyatı
müxalif lider ilə onun keçmiş həyat yoldaşı vasitəsi ilə əlaqə qurub. Daha
sonra onu tələyə salaraq, minibusla Vana, oradan isə İrana qaçırıblar.
Bəs, Zindaşti kimdir?
Tam adı Naci Şerifi
Zindaştidir. İran kəşfiyyatçısıdır, narkotika alveriylə məşğul olurdu. İlk dəfə
2007-ci ildə 75 kq eroinlə tutularkən gündəmə gəlmişdi. Bundan sonra Zindaşti
müxtəlif cinayətlərlə əlaqədar diqqət mərkəzində olub. Daima FETÖ tərəfindən
himayə olunub. Zekeriyya Öz ilə birbaşa əlaqələri olub. Onun həbsdən azad edilməsi
və yoxa çıxmasında FETÖ-nun birbaşa rolu olub.
Bizim qeyd: İranın
Tehran-Van-Antaliya xətti də aktiv fəaliyyət göstərməkdədir. İnanmaq istərdik
ki, hüquq-mühafizə orqanları bu xətti də mərcəyi altına alacaq.
Post a Comment