Топ-100 Nə axıdılmış şəhid qanı, nə də tarix bağışlayar

Nə axıdılmış şəhid qanı, nə də tarix bağışlayar

 

Müharibə yenidən alovlana bilər?

Müharibə yenidən alovlana bilər?

3X-də nələr baş verir?

Xocalı, Xocavənd, Xankəndində (bundan sonra 3X-red.) ermənilər yenidən ayaqlanıblar. Gərginliyə səbəb kimi bir neçə fakt söyləniıir:

1.Ermənilərin Azərbaycan ərazisində Ermənistan və ya Rusiya pasportu daşıya bilməyəcəklərini;

2. Hətta polis nəfərinə qədər hər kəsin silahlarını təhvil verəcəklərini öyrənmələri belə bir aqressivlik nümayiş etdirmələrinə səbəb olub.

Ermənilərin aqressivliyinə səbəb kimi həm də Azərbaycana əba altından sopa göstərən Rusiyanın qaranlıq niyyətləri də göstərilir.

Belə ki, Kreml Araik Arutunyana yeni hökumətini qurmağı tapşırıb və buradakı fəaliyyətini tamamilə A.Arutunyanın istəyinə uyğunlaşdırmaqla həyata keçirir.

Ən qəribəsi budur ki, Azərbaycanda “siyasi ekspert” etiketiylə efirə çıxan zatlar bunu normal bir davranış kimi qələmə verməyə çalışırlar. Guya, danışılacaq başqa heç kimin olmaması belə bir reallığı ortaya çıxarıb.

Ermənilərin aqresivliyinin son həddi isə silahlı qarşıdurmaya çevrilib. Bir Azərbaycan əsgəri yaralanıb, bir xeyli erməni silahlısı məhv edilib. Ən qəribəsi isə Rusiya sülh məramlıları prosesi yalnız müşahidə edib və yalnız o zaman müdaxilə edib ki, Azərbaycan Silahlı Qüvvələri Hadrutda erməniləri tamamilə əzmək ərəfəsindəymiş.

Ermənistanda bu insident geniş ictimaiyyətə partizan hərakatı kimi təqdim olunub. Əldə etdiyimiz digər bir bilgiyə görə isə bu erməni-rus hərbi isteblişmenti tərəfindən bölgədə yeni gəlişmələrə hazırlıq kimi qiymətləndirilib. Deyilənlərdən belə aydın olur ki, Rusiya 3X bölgəsində hazırlıq işlərini başa çatdırdıqdan sonra prosesə start veriləcək.

Burada diqqəti çəkən başqa bir məqam isə ermənilərin bu silahlı cinayətə partizan hərakatı adı verməsidir.

Partizan hərakatı-mülki insanların və ordudan ayrı düşmüş hərbçilərin vətən torpağını qeyri-nizamı silahlı müdafiəsi aktıdır. Məntiq bunu deyir ki, ermənilər hələ də Azərbaycan ərazisini erməni torpağı hesab edir.

İnanmaq istərdik, hələlik Rusiyanın əməllərinə göz yummaq məcburiyyətində olan Azərbaycan rəhbərliyi ətrafımızda cərəyan edən oyunların fərqindədir. Yoxsa, onları nə axıdılmış şəhid qanı, nə də tarix bağışlayar! Çünki bu cəbhədə qazanılmış zəfərin vəba edilməsi mənasına gələcək!

0/Şərhlər

Previous Post Next Post